Icma.az
close
up
RU
“Turan Tovuz”la oyunda iki xal itirdik” “Şamaxı”nın futbolçusu

“Turan Tovuz”la oyunda iki xal itirdik” “Şamaxı”nın futbolçusu

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Bizim üçün qazanılan hər xalın önəmi var. “Turan Tovuz” iddialı komandadır. Tovuzda oynamaq asan deyil. Buna baxmayaraq, layiqli mübarizə apardıq və məğlub olmadıq. Qələbəyə yaxın olan tərəf biz idik, çox yaxşı oyun göstərdik. Məncə, iki xal itirdik. Tovuzdan üç xalla ayrıla bilərdik”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın futbolçusu Rauf Rüstəmli “Turan Tovuz” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Mövsüm bizim üçün çətin keçir. Son oyunlara qədər bizim də Premyer Liqadan düşmək təhlükəmiz var idi. Son dövrədəki oyunlarla yaxşı xallar toplaya bildik. Baş məşqçimiz sağ olsun, gənclərə çox şans verir, bizə güvənir. Biz də özümüzü layiqincə göstərməyə çalışırıq”.

22 yaşlı yarımmüdəfiəçi növbəti mövsümdən legioner limitinin ləğvi barədə də fikirlərini bildirib. O, bu qərarın yerli futbolçulara nə dərəcə təsir edib-etməyəcəyindən danışıb:

“Məşqçilər gənclərə şans versə, azərbaycanlı futbolçular da oynamağı bacardığını göstərər. Legioner limiti ləğv olunsa da, yenə də rəqabət aparacağıq. Bu qərar bizi qorxutmur. Daha da güclü rəqabət olacaq. Yaxşı olacağımız təqdirdə yəqin ki, meydanda olacağıq. Bu, gənc futbolçuların da inkişafına səbəb olacaq”.

Rüstəmli baş məşqçi Ayxan Abbasovun “Rauf Azərbaycanın ən yaxşı “6 nömrə”si ola bilər” fikrinə isə belə münasibət bildirib:

“Ayxan müəllim deyibsə, ola bilərəm (gülür). Dünənki performansımın ən yaxşı olub-olmadığına məşqçilər heyəti qərar verər. Mən hər oyun əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.

Həsən Quluzadə 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 26 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see253

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see213

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see196

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see175

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see143

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see140

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see138

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see138

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see137

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see134

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see131

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see131

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see130

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see129

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see129

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see127

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see127

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see126

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see125

Atletikin baş məşqçisi: Qarabağ bizə qol vuranda bunu sakit qarşıladım

23 Oktyabr 2025 00:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri