Icma.az
close
up
RU
“Turan Tovuz”un kapitanı: “Baş məqşçimiz üçün döyüşdük”

“Turan Tovuz”un kapitanı: “Baş məqşçimiz üçün döyüşdük”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Turan Tovuz” Premyer Liqanın XXX turunda ən yaxın izləyici “Sabah”ı 2:1 məğlub edərək, vacib qələbə qazandı.

Xal ehtiyatını 47-yə artıran Tovuz təmsilçisi artıq “futuristlər”i 11 xal qabaqlayır.
“Bozqurdlar”ın kapitanı Emanuel Hakman oyun haqda fikirlərini “Futbolpress.az”la bölüşdü:

– Oyuna yaxşı başlamadıq və qol buraxdıq. Bundan sonra isə toparlanmağa başladıq, daha çox hücumlar etdik. Amma alınmadı. İkinci hissədə isə 2 dəqiqə ərzində 2 qol vuraraq, istədiyimizə nail olduq və qalib gəldik.

– Kurban Berdıyevin qırmızı vərəqə ilə cəzalandırılması komandanın oyununa necə təsir etdi?
– Belə situasiyaya alışmamışdıq. O, həmişə məşqçilərə ayrılan xəttin yanında olub və bizə öz tapşırıqlarını verib. Onun “qırmızı” alması isə bizi daha da aqressivləşdirdi. Buna görə də onun üçün vuruşduq ki, qələbə qazanaq və qalib də gəldik.

– Avrokuboklara yollanmaq üçün çempionatda ilk “3-lüy”ə düşməyiniz daha realdır yoxsa “Qarabağ” və ya “Araz-Naxçıvan”ın kuboku qazanması?
– Biz “Qarabağ” və ya “Araz-Naxçıvan”dan asılı olmaq istəmirik. Ona görə də kubokun nəticəsi barədə düşünmürük. Sadəcə sona qədər mübarizə aparmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik ki, Konfrans Liqasının təsnifat mərhələsinə düşək.

– “Turan Tovuz”la müqaviləni yeniləyəcəksən? Rəhbərlikdən hər hansı təklif olub?
– Müqaviləm mövsümün sonunda bitir. İndi heç nə deyə bilmərəm. Bu haqda heç nə düşünmürəm. Mən getmək istəmirəm. Rəhbərlikdən hələ ki, heç bir təklif olmayıb.

– Çempionatda 5 oyun idi ki, qələbə qazana bilmirdiz. Əsas rəqibinizə qarşı qalib gəlməyiniz bundan sonrakı oyunlarınıza təsir edəcək?
– Bəli. Bu qələbə bizim üçün çox vacib idi. Bundan sonra daha çox motivasiyalı olacağıq ki, mövsümün sonunda istədiyimizə nail olaq.

– Rəqib azlıqda qalmasaydı, qalib gəlməyiniz mümkün görünmürdü…
– Bəli. Amma inanıram ki, biz döyüşəcəkdik və qələbə üçün əlimizdən gələni edəcəkdik. Rəqibin azlıqda qalıb-qalmamasından asılı olmayaraq sona qədər mübarizəmizi aparacaqdıq.

– Say baxımından üstün olsaz da “Sabah” 2-3 real qol imkanı yaratdı və sən həmin məqamlarda komanda yoldaşlarına əsəbiləşdin. Bu qədər təzyiq altında olmağınıza nə səbəb oldu?
– Futbolda belə şeylər olur. Rəqib 10 nəfərlə qaldığına və hesabda geridə olduqlarına görə daha çox hücuma atılırdı. Biz isə daha çox topa nəzarət etmək istəyirdik. Bəzi məqamlarda bunu bacara bilmədiyimizə görə aqressivləşirdim.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri