“Turan Tovuz”un kapitanı: “Qərarı eşidəndə çox məyus olduq”
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Turan Tovuz” UEFA-nın qərarı ilə Konfrans Liqasından kənarlaşdırılıb. Klub qərarla razılaşmır və Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Tovuz təmsilçisinin kapitanı durumla bağlı “Futbolpress.az“a fikirlərini bölüşdü:
“Həqiqətən, qərarı eşidəndə çox məyus olduq. İstər-istəməz komandaya təsir edir. Mövsümboyu çox əziyyət çəkdik, çalışdıq, mükafatçılar sırasına düşdük və avrokuboklara vəsiqə qazandıq. İndi belə qərarın çıxması bizi məyus edir. Buna baxmayaraq, ümidliyik, inanırıq ki, CAS qadağanı ləğv edəcək”.
Əliyev UEFA qərarının qüvvədə qalacağı təqdirdə də, ruhdan düşməyəcəklərini əlavə etdi:
“Düzdür, məyusuq, amma pis qərar çıxsa da, ruhdan düşməyəcəyik. Yenidən oynayıb, mübarizə aparıb, avrokuboklara vəsiqə əldə etməyə çalışacağıq. İndi neqativ hallar haqda düşünmək istəmirik”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 06 İyun 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















