Icma.az
close
up
RU
“Turan Tovuz”un oyunçusu: “Yuxarı sıralarda qalmaq çətindir”

“Turan Tovuz”un oyunçusu: “Yuxarı sıralarda qalmaq çətindir”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyev Futbolpress.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– “Kəpəz”ə qalib gəldiyiniz oyunda şans qazanmadınız. Bu, zədə ilə bağlıdır, ya necə?

– Baş məşqçinin qərarıdır. Zədəm yoxdur.

– Rəqabətdə digər müdafiəçilərə uduzursunuz?

– Rəqabətdə uduzduğumu düşünmürəm. Baş məşqçinin qərarıdır. Rəqabətdən çəkinməmişəm, sona qədər mübarizə aparmışam. Uzun müddət zədəli olduqdan sonra indi qayıtmışam. Şans olacağı halda, oynamağa hazıram. Özümə, gücümə bələdəm, rəqabətdən çəkinmirəm.

– 6 turdan sonra lidersiniz. Zirvədə qalmaq mümkün olacaq?

– Turnir cədvəlində birinciyik, inşallah, davamı gələr. Yuxarı sıralarda qalmaq çətindir. Burda rəqabət həddindən artıq çoxdur. Allah nəsib edər, mövsümün sonuna qədər burda qala bilərik. Əlimizdən gələni edəcəyik.

– “Sabah”a məğlubiyyətdən (0:2) sonra komandaya ciddi tənqidlər oldu. “Kəpəz”ə qalib gəlsənizdə, rəqibin durumu göz önündədir. Ötən mövsümlə müqayisədə oyununuzda eniş olduğunu hiss etmirsiniz?

– Mövsümün əvvəlidir. Gedənlərimiz və yeni gələnlərimiz var. Zədəlilərin qayıtması, yenilərin uyğunlaşması zaman tələb edən prosesdir. Zamanla daha yaxşı olacağıq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

– Mövsümöncəsi klub rəhbəri hədəfin çempionluq olduğunu dedi. Məqsədə çatmaq nə dərəcə real görünür?

– Xallarımız yaxşıdır, cəmi 2 oyunda məğlub olmuşuq. Çempionatın əvvəlidir və qarşıda uzun marafon var. Ağır yarış olacaq. Çalışacağıq ki, üst sıralarda olaq. Reallıqdır ki, bu mövqelər üçün çox komanda mübarizə aparır. Çalışacağıq ki, hədəflərimizə çataq, avrokuboklara gedə bilək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Oktyabr 2025 03:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri