Icma.az
close
up
RU
Turan, United Payment in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Turan, United Payment in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda, United Payment şirkətinin lisenziyası əsasında, rəqəmsal pul kisəsi fəaliyyətinə başladığını açıqlayıb. Bu inkişaf Turanın türk dünyasında maliyyə inteqrasiyasını gücləndirmək vizyonunda mühüm addım olacaq.

Tətbiq sadəcə maliyyə tətbiqi olmaqla yanaşı, türk dünyasını birləşdirən rəqəmsal körpü olma yolunda sürətlə irəliləyir və Azərbaycan bazarına girərək regional türk maliyyə ekosistemini qurmağa hazırlaşır.

Türkiyədə Türk soyluların üstünlük verdiyi yeganə maliyyə tətbiqi olan Turan (United Payment), yaxın gələcəkdə Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi digər türk dövlətlərində də lisenziyalı rəqəmsal pul kisəsi tətbiqlərini həyata keçirməyə hazırlaşır.

Bu, milyonlarla insanın maliyyəazadlığına töhfə verəcək

Türk dövlətləri arasında pul köçürmə dəhlizləri yaratmağı hədəfləyən Turan Azərbaycan, Qazaxıstan, KKTC, Qırğızıstan və Özbəkistana saniyələr ərzində pul köçürmə imkanları təqdim edir. Gündəlik milyonlarla lirə köçürmə həcminə çatan tətbiq, Türkiyədə yaşayan türk soydaşlarının maliyyə əməliyyatlarını asanlaşdırır və Türkiyə daxilindəki bütün istifadəçilərinə 100% rəqəmsal və sərfəli maliyyə xidmətləri təqdim etməyə davam edir. 

Bu xidmətlər sərhədlərarası əməliyyatları daha əlçatan və daha sürətli edir, türk dünyasında milyonlarla insanın maliyyə azadlığına töhfə verir. 

Türk dünyasında maliyyəsərhədlərini aradan qaldırmağa davam edirik 

Mövzu ilə bağlı fikirlərini bölüşən Turan-ın qurucusu və baş direktoru Özgür Bayraktar deyib: "Azərbaycanda lisenziya ilə fəaliyyətə başlamaq türk dünyasında maliyyə inteqrasiyasının gücləndirilməsi istiqamətində böyük addımdır. Turan pulqabılar arasında pul köçürmə infrastrukturunu gücləndirməklə hədəf ölkələr arasında pul köçürmə dəhlizlərini tamamilə dəyişəcək. Ənənəvi bank sistemləri ilə müqayisədə daha sürətli və daha ucuz həllər təqdim edən Turan, Türk dünyasında maliyyə sərhədlərini aradan qaldıracaq və milyonlarla insana asanlıqla əldə edilə bilən maliyyə xidmətləri təqdim edəcək”.

Turanın, lisenziyasından Türk Dövlətlərində istifadə etdiyi və birlikdə fəaliyyət göstərdiyi iş ortağı United Payment şirkətinin Azərbaycan üzrə Baş İcraçı Direktoru Edqar Abdullayev bunları qeyd edib: "Bölgənin fintech sahəsində xidmət göstərən güclü Türk şirkəti olaraq doğma ölkəmiz Azərbaycana verdiyimiz töhfələr çox dəyərlidir. Biz tam əminik ki, lisenziyalaşma prosesindən keçmiş United Payment, Turanın uğurlarını daha da irəli aparacaq. "United Payment”in güclü infrastrukturu sayəsində biz Turan-ın innovativ tətbiqləri ilə Azərbaycanda maliyyə rəqəmsallaşmasına böyük töhfələr verməyi hədəfləyirik”.

Qeyd: Turan, Azərbaycan Respublikası Mərkəzi Bankının EPT-002 qeydiyyat nömrəli Elektron Pul Təşkilatı lisenziyası əsasında fəaliyyət göstərən United Payment MMC-nin məhsuludur. 

Tətbiqi yükləmək üçün:

İOS: https://apps.apple.com/az/app/turan-az%C9%99rbaycan/id6742053821

ANDROID: https://play.google.com/store/apps/details?id=com.turan.mobile.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Mart 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri