Icma.az
close
up
RU
TuranBank 2025 ci ilin I rübünün nəticələrini elan edib VİDEO

TuranBank 2025 ci ilin I rübünün nəticələrini elan edib VİDEO

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC 2025-ci ilin I rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.


2025-ci ilin I rübünün yekunlarına görə "TuranBank"ın cəmi aktivləri 876 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 15.1 mln. manat artaraq 667 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 366 mln. manat təşkil edib. Bankın depozit portfeli 438 mln. manat, fiziki şəxslərin depozitləri isə 1.7 mln. manat artaraq 369 mln. manat olub ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.


O cümlədən ötən ilin analoji dövrü ilə müqayisədə TuranBank-ın əməliyyat mənfəəti 3.3 mln. manat artaraq 7 mln. manata, faiz gəlirləri 1.7 mln. manat artaraq 23 mln. manata, qeyri-faiz gəlirləri isə 1.5 mln. artaraq 5 mln manata yüksəlib. Qeyd edək ki, Bank 2025-ci ilin I rübünü 1,2 mln manat xalis mənfəətlə başa vurub.
2025-ci il I rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan manatında kredit ayırıb. 


Bununla yanaşı hesabat dövründə Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb. 
Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid və qazi övladlarına daim diqqət və qayğı göstərən Bank ənənəyə sadiq qalaraq hesabat dövründə növbəti xeyriyyə aksiyasına imza ataraq “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını artırmaq məqsədilə hazırladıqları simvolik bəzək əşyalarının satışını dəstəkləyərək onların təhsil xərclərinin qarşılanmasını təmin edib. 


1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.


"TuranBank"
Bizimlə etibarlıdır...

//

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri