Icma.az
close
up
RU
Unibank ilin ilk rübünün maliyyə nəticələrini açıqladı

Unibank ilin ilk rübünün maliyyə nəticələrini açıqladı

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Unibank" 2025-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb, biznes kreditləşməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm uğurlara imza atıb.

"Unikal" xəbər verir ki, bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəldib.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 32% artaraq 457 milyon manatı ötüb və kredit portfelindəki payı 41%-ə çatıb. Ümumi kredit portfeli isə 123 milyon manat artıb.

Strateji inkişaf çərçivəsində rəqəmsal transformasiyaya xüsusi diqqət yetirən "Unibank", "Leobank" layihəsi ilə kiçik və mikro sahibkarlar üçün tam rəqəmsal məhsul təqdim edib. Bu yenilik biznes müştərilərinə banka gəlmədən hesab açmaq, əməliyyatlar aparmaq və kredit əldə etmək imkanı verib. Hazırda bank əməliyyatlarının 73%-dən çoxu rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Rəqəmsal kanallar üzərindən aparılan biznes əməliyyatlarının sayı ötən dövrlə müqayisədə 14% artıb.

Nağdsız əməliyyatların inkişafı da davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. Təkcə ilk rübdə nağdsız əməliyyatların həcmi 3,2 milyard manatı, sayı isə 99 milyonu ötüb.

Bankın müştəri bazası ötən il ilə müqayisədə 12% artaraq, ümumi müştəri sayı 2 milyon 86 min nəfəri keçib. Sahibkar müştərilərin sayı 33%, hüquqi şəxslərin sayı isə 20% yüksəlib. Depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcmi 40 milyon manat artaraq, ümumi depozit portfeli 1,2 milyard manatı keçib.

Faiz və qeyri-faiz gəlirlərinin cəmi 85 milyon manat olub. Dövr ərzində Bank, rəqəmsal və dayanıqlı inkişaf strategiyasına uyğun olaraq investisiyalara əhəmiyyətli diqqət ayırıb. Bu investisiyalar, pərakəndə portfelin yenidən formalaşdırılması və yeni likvidlik tələblərinə uyğunlaşma nəticəsində yaranan yüksək faiz xərcləri ilə birlikdə qısamüddətli əməliyyat mənfəətliliyinə təsir edib. Hesabat dövründə əməliyyat mənfəəti 12 milyon manat, vergidən əvvəl mənfəət isə 3,6 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında artım davam edib. Məcmu kapital 10%-dən çox artaraq 180 milyon manata çatıb, aktivlərin həcmi isə 14% artaraq 1,8 milyard manatı ötüb.

"Unibank" KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: “2025-ci ilin ilk rübündə rəqəmsal yeniliklər və dayanıqlı maliyyə təşəbbüslərimizlə yeni strateji vizyonumuza uyğun əhəmiyyətli irəliləyişlər əldə etmişik. Bankımız dayanıqlı maliyyə prinsiplərinə uyğun layihələr həyata keçirərək, ölkəmizin ekoloji hədəflərinə dəstək verir. Xüsusilə, yaşıl istiqrazlar vasitəsilə maliyyələşdirilən hibrid avtomobil layihəsi illik 340 ton karbon emissiyasının qarşısını almağa imkan yaradacaq. Unibank artıq yeni dövrün imperativlərinə uyğun olaraq yeni strateji baxışın bir hissəsi olan dayanıqlılıq yanaşmamızın yaxın günlərdə ictimaiyyətlə bölüşülməsini planlaşdırır.Yenilənən strateji baxışımız çərçivəsində ilin sonunadək bir sıra böyük layihələrin də reallaşdırılmasını nəzərdə tuturuq. Bu layihələrin içərisində Leobank-la bağlı mühüm yeniliklər var. Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlar gözləyir.”

"Unibank" – Sənin Bankın!


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Aprel 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri