“TuranBank”dan yenilik Gəncə filialı artıq bu ünvanda
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan “TuranBank” özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib.
Baş tutan açılış mərasimində bankın rəhbər şəxsləri iştirak edib.
Belə ki, bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 234 ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofis binası ilə şəhər sakinlərinin və biznes subyektlərinin xidmətlərdən daha operativ və rahatlıqla istifadə etməsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Gəncə filialı müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunmasına şərait yaradacaqdır.
Qeyd edək ki, ölkənin iqtisadi və mədəni həyatında fəal iştirak edən “TuranBank” əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə, regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir. Bank müştərilərə loyal münasibət göstərən, onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır.
1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
“TuranBank”
Bizimlə etibarlıdır...


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 20 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















