Icma.az
close
up
RU
“TuranBank”dan yeni aksiya Zəfər Günü ərəfəsində ağacəkmə etdilər

“TuranBank”dan yeni aksiya Zəfər Günü ərəfəsində ağacəkmə etdilər

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ölkənin aparıcı banklarından biri olan “TuranBank”  ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub.

4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçılar tərəfindən 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Qeyd edək ki, ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədilə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində 60 hektar ərazidə iqlim şəraitinə uyğun 40 minə yaxın müxtəlif növ ağacın əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Zəfər Günü ərəfəsində təşkil edilən bu aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə bağlı müvafiq işlərin görülməsindən ibarətdir.

Artıq dörd ildir davam edən ağacəkmə aksiyasında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müşaviri Bəhruz Balayev, ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, digər assosiasiyaların məsul şəxsləri və assosiasiyalara üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.

Qeyd edək ki, “TuranBank”  ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank”  ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 Məlumat Mərkəzinə zəng edərək, “TuranBank” ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (“FaceBook”, “İnstagram” və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

“TuranBank” 

Bizimlə etibarlıdır…








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri