Icma.az
close
up
RU
Turanın iqtisadi dayaqları möhkəmlənir

Turanın iqtisadi dayaqları möhkəmlənir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən il türk dövlətlərinin ÜDM-i 5,2 faiz artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə hazırladığı “Türk iqtisadi icmalı”nın 2024-cü ilin yekunlarına dair buraxılışı nəşr edilib.

Mərkəzdən redaksiyamıza verilən məlumata görə, nəşrdə TDT-yə üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, eyni zamanda, müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının iqtisadi göstəricilərinin təhlili verilib. İcmalda son iqtisadi inkişaf göstəricilərinə əsaslanılaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsiri qiymətləndirilir. 2024-cü ildə TDT 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahib olub. Birliyin əhalisi isə 178,8 milyon nəfər ilə qlobal sayın 2,8 faizini təşkil edib. Təşkilat bu göstəricilərlə beynəlxalq aləmdə həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğunu təsdiqləyib.

Hesabat dövründə TDT 3,2 faizlik qlobal artım tempi ilə müqayisədə 5,2 faiz ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan 9 faiz, Türkiyə isə qrupun ən böyük iqtisadiyyatına sahib olmaqla 3,2 faiz iqtisadi böyüməyə nail olub. Türkmənistanda iqtisadi artım 6,3 faiz, Şimali Kipr Türk Respublikasında isə 7,3 faiz təşkil edib. Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq olaraq 4,1 faiz, 4,8 faiz və 6,5 faiz artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı gerçəkləşdirib. Macarıstanda ÜDM artım tempi 0,5 faiz təşkil edib.

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün böyük əhəmiyyət daşıyır. 2024-cü ildə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da 33 trilyon dollar həcmində olan qlobal ticarət dövriyyəsinin, təxminən, 3,5 faizinə bərabərdir. TDT 2025-ci ilə qədər üzv dövlətlər arasındakı ticarət dövriyyəsini ikiqat artırmağı və 100 milyard dollar hədəfinə çatmağı qarşısına məqsəd qoyub ki, bu, regiondakı iqtisadi əlaqələri daha da gücləndirəcək.

Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla, bu sahədə 605,88 milyard dollar ilə liderlik edir. Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 141,41 milyard dollar və 65,93 milyard dollar ilə ticarət həyata keçirib. Qazaxıstanda və Özbəkistanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Azərbaycan 5,27 milyard dollar miqdarında müsbət ticarət balansına nail olub. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.

Sənaye sektorunda Türkiyə və Qazaxıstan müvafiq olaraq 3,7 faiz və 2,8 faiz artımla liderlik edib. Bu artıma genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Digər tərəfdən, kənd təsərrüfatı sektorunda Qazaxıstan 13,7 faiz ilə ən güclü artım nümayiş etdirib. Qırğızıstan və Özbəkistan da kənd təsərrüfatında müvafiq olaraq 6,3 faiz və 3,1 faiz artım əldə edib. Macarıstan isə -10,4 faiz azalma göstərib ki, buna Avropada kənd təsərrüfatı sahəsində genişmiqyaslı problemlərin səbəb olduğu ehtimal edilir.

İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. 2024-cü ildə Qazaxıstan və Türkiyə sabit kapital investisiyalarında müvafiq olaraq 7,5 faiz və 6,1 faiz artım nümayiş etdirib, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Qırğızıstan və Özbəkistan da sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə edib.

Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 3,8 faiz, Qazaxıstanda 20 faiz, Özbəkistanda 18 faiz, Türkiyədə 16 faiz artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. Macarıstanın bank sektoru isə daha mülayim artım göstərib.

Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. Türkiyə dövlət büdcəsi gəlirlərində 66,5 faiz, dövlət büdcəsi xərclərində isə 63,6 faiz olmaqla ən yüksək artımı qeydə alıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib. Qırğızıstan daha yüksək fiskal kəsirə malik olsa da, dövlət büdcəsi gəlirlərində əhəmiyyətli artım əldə edib. Türk dövlətləri ÜDM artımı və ticarət dövriyyəsi baxımından qlobal artımı üstələyib və əhəmiyyətli investisiyalara nail olub.

Türk dünyasının iqtisadi əməkdaşlığının daha da dərinləşdirilməsi üçün qarşıda duran əsas çağırışlar arasında daxili bazarlarda rəqabət qabiliyyətinin artırılması və ticari əlaqələrin daha da şaxələndirilməsi önəmlidir. TDT ölkələrinin təbii sərvətləri böyük iqtisadi potensiala sahib olsa da, onların beynəlxalq bazarlarda daha təsirli və sabit mövqe tutması üçün daha irimiqyaslı infrastruktur investisiyaları, regional sərmayə təşviq siyasətləri və vahid iqtisadi siyasətlərin inkişaf etdirilməsi əsas çağırışlardır.

2024-cü ildə TDT dünya iqtisadiyyatında əsas geosiyasi və iqtisadi faktor rolunu daha da gücləndirmək üçün müxtəlif əməkdaşlıq modelləri və layihələri üzərində işləyir. Təşkilata üzv dövlətlərin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları bu ölkələrin qlobal enerji bazarlarında əhəmiyyətli oyunçulara çevrilməsinə zəmin yaradır. 2023-cü ildə təşkilata üzv ölkələrdəki təsdiqlənmiş təbii qaz ehtiyatları 18,6 trilyon kubmetr, neft ehtiyatları isə 5,3 milyard ton səviyyəsində qiymətləndirilir.

Onu da deyək ki, Azərbaycanla TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr reallaşdırılıb. Məsələn, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib.

Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Başqa sözlə, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma nail olmaq reallaşıb.

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişin təsdiqlənməsi isə Orta Dəhlizin praktiki əhəmiyyətinə müsbət təsir göstərməklə yanaşı, regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində sözügedən marşrutla Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsi reallaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri