Icma.az
close
up
RU
Turanın rəqəmsal yaddaşı qurulur

Turanın rəqəmsal yaddaşı qurulur

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Türk Dünyasını birləşdirəcək nəhəng layihə təqdim olundu

Rəqəmsallaşma və süni intellekt müasir dövrdə bütün sahələr kimi vətəndaş cəmiyyətinin fəaliyyətinə də yeni imkanlar yaradır. Türk Dünyasında vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi və rəqəmsal əlaqələrin genişləndirilməsi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə də Türk Dünyası Vətəndaş Cəmiyyəti Dəstək Sistemi (TÜDSES) ortaq əməkdaşlığı gücləndirməyə yönəlmiş mühüm təşəbbüslərdən biri kimi çıxış edir. 

Bir neçə gün əvvəl adı çəkilən playformanın İstanbulda təqdimat mərasimi keçirilib.

Türk pedaqoq, yazıçı-jurnalist Murat Anar Sherg.az-a təqdimat mərasimindən və platformanın önəmindən danışıb:

"İyulun 2-də İstanbulda keçirilən Türk Dünyası Vətəndaş Cəmiyyəti Dəstək Sistemi (TÜDSES) təqdimat toplantısı uzun illər xəyalını qurduğum, köşə yazılarımda və toplantılarda dilə gətirdiyim tarixi bir qərarın həyata keçirildiyi an idi. Rəqəmsallaşmanın və süni intellektin zirvəyə çatdığı bu dövrdə Türk Dünyası vətəndaş cəmiyyətinin bu reallığa uyğunlaşa bilməməsi çox böyük itki olardı. Sevindirici haldır ki, “Türk Dünyası vətəndaş cəmiyyətinin ortaq ağlı və yaddaşı” artıq rəqəmsal müstəvidə bir araya gələcək.

TÜDSES Türk Dünyasının vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirən rəqəmsal platformadır. Rəsmi açılışı edilən sistemə Türk Dünyasından artıq indidən 826 vətəndaş cəmiyyəti təşkilatı və 20 min fərdi üzv qoşulub. Məqsəd Türk Dünyasında fəaliyyət göstərən 5 minə yaxın vətəndaş cəmiyyəti təşkilatını bir araya toplamaqdır". 

Ekspert bildirib ki, bu platformada vətəndaş cəmiyyəti təşkilatları öz fəaliyyətlərini paylaşa, ortaq iş sahələri yarada, qurumlar bir-birinə təcrübələrini ötürə biləcəklər: 

"Süni intellekt dəstəkli məlumat təhlili sayəsində eyni məqsəd istiqamətində çalışan vətəndaş cəmiyyəti təşkilatları birlikdə layihələr hazırlaya biləcəklər.

 Platformada vətəndaş cəmiyyəti təşkilatları öz təkliflərini, tələblərini, dəstək və istəklərini real vaxt rejimində çatdıracaqlar. Problemlərin həlli müvafiq qurumların koordinasiyası ilə daha da sürətlənəcək. Platforma sayəsində vətəndaş cəmiyyəti təşkilatları və onların fəaliyyətləri daha görünən olacaq.

 Platforma bütün Türk Dövlətlərində tanıdılacaq. Bir-birindən xəbərsiz, pərakəndə görüntü sərgiləyən Türk Dünyası vətəndaş cəmiyyəti təşkilatları öz güclərini birləşdirəcəklər. Platformaya üzvlük internet saytı və mobil tətbiq üzərindən korporativ məlumatlar və SMS təsdiqi vasitəsilə mümkün olacaq. Üzvlükdən sonra təşkilatlar idarəetmə panelinə daxil olaraq xəbərlərini, tədbirlərini və elanlarını sistemə yükləyə biləcəklər. Sistemə fərdi qaydada da üzv olmaq mümkün olacaq. Hər bir ölkənin vətəndaş cəmiyyəti təşkilatı platformaya öz türkcəsində, həmçinin macar və ingilis dillərində çıxış əldə edə biləcək. TÜDSES veb sayt və ya mobil tətbiqlər vasitəsilə istifadə oluna biləcək".

Mütəxəssis təqdimat proqramı barəsində də fikirlərini bölüşüb:

"Proqramın koordinasiyasını AK Partiyanın Türk Dövlətləri ilə Əlaqələr Başkanlığı həyata keçirdi. Əhməd Yəsəvi Əməkdaşlıq və İnkişaf Dərnəyi (AYDER) və Köklərdən Gələcəyə Mədəniyyət və Əməkdaşlıq Dərnəyi (KÖKDER) layihənin dəstəkçiləri idi.

AK Partiya sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Başqanı və Ankara millət vəkili professor doktor Kürşad Zorlu layihənin öncüsü idi. O, çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın və özünün bu layihəyə verdiyi əhəmiyyəti çox aydın şəkildə vurğuladı. Yazılarımdan birində hörmətli Zorluya belə müraciət etmişdim: “Helva üçün bütün ərzaqlar hazırdır, haydı, görün bu halvanı hazırlayın". Bir-birindən xəbərsiz, pərakəndə vəziyyətdə olan Türk Dünyası vətəndaş cəmiyyəti təşkilatlarını iradə ortaya qoyaraq bir araya gətirmək “çətin” iş idi. Türk Dünyası adına görüləcək hələ çox iş var. Amma usta öz ustalığını göstərdi və inşallah, Türk Dünyası adına dadı damağımızda qalacaq halvamız hazırlanır".

Müsahibimiz bildirib ki, proqramda Türk Dünyasını maraqlandıran TDT, YTB, TİKA, Miqrasiya İdarəsi Başqanlığı və digər qurumların nümayəndələri iştirak ediblər:

"İkinci sessiyada vətəndaş cəmiyyəti təşkilatlarının problemlərini dilə gətirməsi, aidiyyəti qurumların bu problemlərə göstərdiyi diqqət və həmin problemlərin həlli istiqamətində bəzi addımların dərhal atılması təqdirəlayiq idi. Artıq yalnız proqramda iştirak edib dinləyən bir Türk Dünyası vətəndaş cəmiyyəti yoxdur. Problemləri qarşısında birbaşa həmsöhbət tapan, dinlənilən bir Türk Dünyası vətəndaş cəmiyyəti var.

Siyasi baxışından asılı olmayaraq, Türk Dünyası adına fikri olan, “mən də varam” deyən hər bir vətəndaş cəmiyyəti təşkilatı proqrama dəvət edildi. Türk Dünyası coğrafiyasından gələn vətəndaş cəmiyyəti təşkilatlarının proqramdakı həyəcanı, “Turan”a dair ümidləri görülməyə dəyər idi. Proqrama qatıla bilməyən vətəndaş cəmiyyəti təşkilatları belə dəvət olunmalarından, kənarda saxlanılmamalarından son dərəcə məmnun və qürurlu idilər. Prezident Rəcəb Tayyib Ərdoğanın və AK Partiyanın Türk Dövlətləri ilə Əlaqələr Başkanlığının ortaya qoyduğu Türk Dünyası vizyonu və missiyası artıq siyasi partiyanı aşaraq bütün Türk Dünyasının mənimsədiyi, Türkiyə Cümhuriyyəti dövlətinin qurumlarının qəbul etdiyi və sahib çıxılan vizyon və missiyaya çevrilib".

Murat Anar xüsusi təşəkkürlərini də söyləyib:

"Təşkilatlanma təkbaşına mümkün olmur. Türk Dünyası Vətəndaş Cəmiyyəti Dəstək Sistemi (TÜDSES) təqdimat proqramını qüsursuz şəkildə təşkil edən, proqramda iştirak edən qonaqlarla bir-bir maraqlanan görünməyən qəhrəmanlara- AK Partiya sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Başqanı, Ankara millət vəkili Kürşad Zorlunun xüsusi katibi Recep bəyə, müşaviri Yeganə xanıma, komandasına və bu layihədə əməyi keçən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayıram. Əməklərinə sağlıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri