Icma.az
close
up
RU
Turdan yadda qalanlar: lider büdrəmədi, “üçlük” dəyişdi

Turdan yadda qalanlar: lider büdrəmədi, “üçlük” dəyişdi

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Lider “Qarabağ” növbəti qələbəsini qazandı, “Turan Tovuz” isə gözlənilmədən “Kəpəz”ə məğlub oldu. “Səbail” Cavid Hüseynovun rəhbərliyi altında ilk qələbəsini əldə etdi. “Neftçi” “Sabah”la heç-heçəyə razılaşdı, “Zirə” isə “Araz-Naxçıvan”ı minimal hesabla üstələdi.

Turun oyunlarından sonra turnir cədvəlində bir dəyişiklik yaşanıb. İkinci pillədəki “Araz-Naxçıvan”ı məğlub edən “Zirə” üçüncü pilləyə yüksəlib. “Turan Tovuz” “Kəpəz”ə böyükhesabla məğlub olmaqla “üçlük”dən kənara düşüb.

Autsayder “Səbail” Sumqayıt səfərində inamlı qələbə qazanmasına baxmayaraq, 9-cu “Kəpəz”in də aktivinə üç xal yazdırması mövqeyə təsir etməyib. Buna baxmayaraq, Bayıl təmsilçisi baş məşqçisi Cavid Hüseynovun rəhbərliyi altında ilk üç xalını qazandı. Növbəti tur “Səbail” “Kəpəz”i qəbul edəcək və “zirzəmi”dən çıxmaq üçün qələbə mütləqdir.

Turun ən yadda qalan hadisəsi “Turan Tovuz”un “Kəpəz”dən 5 qol buraxması oldu. Mövsümün əvvəlində inamlı müdafiəsi ilə seçilən tovuzlular arxa xəttdəki itkilər fonunda ciddi səhvlərə yol verdi və acı məğlubiyyət yaşadı. “Turan Tovuz” növbəti turda “Qarabağ”ın qonağı olacaq.

Premyer Liqaya uğursuz start verən “Neftçi” dövrəyə bir xalla başladı. “Sabah”la matçda “ağ-qaralar” kifayət qədər yaxşı görünməsə də, yekunda bir xal qazandı demək olar. “Sabah”ın qoluna tez reaksiya verməyi bacaran paytaxt təmsilçisi bir xalla 6-cı sıradakı “Sumqayıt”la fərqi 2-yə endirdi.

Transfer dönəminin ən aktiv komandası “Şamaxı” “Qarabağ” qarşısında cəsarətli göründü. Açıq futbola üstünlük verən bölgə təmsilçisi avtoqolla məğlub oldu. Buna baxmayaraq, komandanın oyunu növbəti turlar üçün ümid verdi.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Yanvar 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri