Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Turistlər ən çox hansı şəhərlərdə qarət olunur?

Turistlər ən çox hansı şəhərlərdə qarət olunur?

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın ən məşhur turistik şəhərləri hər il milyonlarla insanı özünə cəlb edir. Yeni ölkə və şəhərlər görmək, fərqli mədəniyyətlərlə tanış olmaq və unudulmaz xatirələr toplamaq hər bir səyahətçinin əsas məqsədidir.

Lakin bəzən cəmi bir neçə saniyəlik diqqətsizlik bütün səyahətin korlanmasına, planların alt-üst olmasına və xoş təəssüratların yerini narahatlıqların tutmasına gətirib çıxara bilər. Xüsusilə turist axınının sıx olduğu şəhərlərdə bu risk daha da artır.
Məhz buna görə də dünyanın bir çox məşhur turistik mərkəzlərində oğurluq və cibgirlik halları illərdir aktual problem olaraq qalır. Statistik məlumatlar göstərir ki, turistlərə qarşı törədilən oğurluqların böyük hissəsi tanınmış abidələrin ətrafında, ictimai nəqliyyatda və izdihamlı küçələrdə baş verir. Bu şəhərlər təhlükəli olmaqdan daha çox, sadəcə diqqətli davranış tələb edən məkanlardır. Onlarla tanıdığım gəzinti həvəskarı var ki, məhz bu səbəblərdən bəzi adları cibgirlik halları ilə kütləvi şəkildə hallanan gözəl şəhərləri səyahət etməyi hər dəfə təxirə salırlar. Gəlin bu şəhərlərin siyahısına diqqət edək.

Avropada oğurluq riski yüksək olan şəhərlər

İspaniyanın ən böyük şəhərlərindən biri, Kataloniya əyalətinin mərkəzi olan Barselona uzun müddətdir Avropada cibgirlik hallarının ən çox qeydə alındığı şəhərlərdən biri, bəlkə də birincisi kimi tanınır. Şəhərin mərkəzi, xüsusilə ən məşhur piyada küçəsi olan La Rambla ətrafı, ən məşhur kilsəsi Sagrada Familia, metro stansiyaları və çimərliklər oğruların ən fəal olduğu ərazilər hesab olunur. Burada oğurluq adətən peşəkar şəkildə və qrup halında həyata keçirilir, turistin diqqəti yayındırıldıqdan sonra telefon və ya pul kisəsi hiss etdirilmədən götürülür.

Paris romantik atmosferinə baxmayaraq, turistlər üçün risk faktorunun mövcud olduğu şəhərlər sırasındadır. Eyfel qülləsi, Luvr Muzeyi, Beşinci xiyaban və metro xətləri cibgirlərin əsas fəaliyyət məkanlarıdır. Burada oğrular tez-tez imza toplamaq, kömək təklif etmək və ya süni sıxlıq yaradaraq toxunmaq kimi üsullardan istifadə edirlər.

Roma da turistlərin çoxluğu səbəbindən oxşar problemlə üzləşir. Tarixi abidələr ətrafında, xüsusilə Kolizey və Vatikan bölgəsində cibgirlik hallarına tez-tez rast gəlinir. Termini vağzalı isə həm nəqliyyat sıxlığı, həm də turist axını baxımındanxüsusi diqqət tələb edən ərazilərdən biridir. Yaxşı xatırlayıram, bir turist dostum Florensiyadan qatarla İtaliyanın başqa bir şəhərinə səyahət edərkən yuxulamışdı və çiyninə keçirdiyi pulqabı-çantasını kəmərindən elə ehmalca kəsib götürmüşdülər ki, “ruhu da inciməmişdi”.

Amsterdamda oğurluq təkcə turist cibgirliyi ilə məhdudlaşmır. Burada velosiped oğurluğu da geniş yayılıb. Şəhərin mərkəzi və gecə həyatı ilə tanınan ərazilər, xüsusən Qırmızı Fənərlər küçəsi turistlərin daha çox hədəf alındığı zonalar sayılır.

Amerika qitəsində riskli turistik şəhərlər

Braziliyanın məşhur meqapolisi Rio de Janeiro-da oğurluq halları bəzən açıq şəkildə baş verir. Küçədə telefonla danışmaq və ya qiymətli əşyaları açıq şəkildə daşımaq tez-tez oğruların diqqətini cəlb edir. Xüsusilə motosikletlə yaxınlaşıb telefon, zinyət əşyası qapma halları bu şəhər üçün xarakterikdir.

Argentina paytaxtı Buenos-Ayres zahirən sakit və Avropa üslubuna yaxın şəhər təsiri bağışlasa da, kafelərdə və ictimai nəqliyyatda hiss etdirilmədən həyata keçirilən oğurluqlar kifayət qədərdir. Turistlər çox vaxt əşyalarının itdiyini hadisədən xeyli sonra anlayırlar.

ABŞ-ın Nyu-York şəhəri isə ümumilikdə təhlükəsiz şəhər kimi tanınsa da, Manhetten və Times meydanı kimi turistik zonalarda cibgirlik halları mövcuddur. Xüsusilə metroda sıx saatlarda diqqətsizlik arzuedilməz hallara yol aça bilər.

Asiyada oğurluq riski olan şəhərlər

Cənub-Şərqi Asiyanın ürəyi, Tailandın paytaxtı Bangkok turistlər üçün son dərəcə cəlbedici olsa da, bazarlar və turistik məbədlər ətrafında oğurluq riski yüksəkdir. “Kontrastlar şəhəri”ndə əsasən diqqət yayındırma yolu ilə həyata keçirilən cibgirlik halları müşahidə olunur.

Hindistanın paytaxtı Dehli isə xüsusilə ilk dəfə səfər edən turistlər üçün çətin şəhər sayılır. Sıxlıq və xaotik mühit oğrular üçün əlverişli şərait yaradır. Çanta açma və xırda oğurluq hallarına tez-tez rast gəlinir.

İndi isə gələk qonşu Türkiyə Respublikasının ən böyük və ümumiyyətlə dünyanın ən sıx şəhərlərindən sayılan İstanbula. Bura da turist cibgirliyi ilə tanınan şəhərlər sırasındadır. Sultanahmet, Kapalıçarşı və tramvay xətləri ən riskli ərazilər hesab olunur. Buradakı oğruların əsas xüsusiyyəti yüksək peşəkarlıq səviyyəsidir.

Oğruların ən çox hədəf aldığı əşyalar

Müşahidələrə görə, oğruların əsas hədəfi mobil telefonlar, pul kisələri və arxa çantalardır. Bundan əlavə, saatlar, zinət əşyaları və bəzi hallarda sənədlər də oğurlanır. Xüsusilə pasportun itirilməsi turist üçün səyahəti ciddi şəkildə çətinləşdirən amillərdən biridir.

Vacib təhlükəsizlik tövsiyələri

Sadə ehtiyat tədbirləri ilə riskləri minimuma endirmək mümkündür: bəs bunlar hansılardır?
Əşyaları ön cibdə və ya gizli çantalarda saxlamaq, izdihamlı yerlərdə çantanı öndə daşımaq və yad insanların diqqət yayındıran təkliflərinə ehtiyatla yanaşmaq əsas qaydalardandır. Küçədə telefonu uzun müddət istifadə etməmək və vacib sənədlərin surətini ayrıca saxlamaq da tövsiyə olunur.

Oğurluq halı ilə üzləşdikdə nə etməli?

Bütün ehtiyat tədbirlərinə baxmayaraq, turist bəzən oğurluq halı ilə üz-üzə qala bilər. Ən çətin və stresli vəziyyət isə pulun, telefonun və bütün sənədlərin eyni anda oğurlanmasıdır. Belə məqamda panikaya düşmək təbii olsa da, ardıcıl və düzgün addımlar vəziyyəti nəzarət altına almağa kömək edir.
İlk növbədə hadisənin baş verdiyi yer və vaxt dəqiqləşdirilməli, ən yaxın polis bölməsinə müraciət edilməlidir. Polisə rəsmi ərizə verilməsi vacibdir, çünki bu sənəd sonradan həm səfirlikdə, həm də sığorta məsələlərində əsas rol oynayır. Bir çox ölkədə polis protokolu olmadan heç bir rəsmi prosedur həyata keçirilmir.
Əgər pasport və ya şəxsiyyəti təsdiq edən sənədlər oğurlanıbsa, növbəti addım mütləq şəkildə öz ölkənizin səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamaqdır. Konsulluq müvəqqəti yol sənədi verə və ölkəyə geri dönüş üçün hüquqi dəstək göstərə bilər. Bu mərhələdə yuxarıda qeyd etdiyimiz məqam – sənədlərin əvvəlcədən çıxarılmış surətləri və ya elektron nüsxələri prosesi xeyli sürətləndirir.

Pul və bank kartlarının oğurlanması halında dərhal bankla əlaqə saxlanılmalı, kartlar bloklanmalıdır. Müasir bank sistemlərində bu, bir neçə dəqiqə ərzində həyata keçirilə bilir və əlavə maliyyə itkilərinin qarşısını alır. Əgər səyahət sığortası mövcuddursa, sığorta şirkətinə də məlumat verilməlidir.
Telefon oğurlandıqda isə cihaz uzaqdan bloklanmalı, mümkün olduqda yerinin izlənməsi aktivləşdirilməlidir. Telefon təkcə maddi dəyər daşımır, həm də şəxsi məlumatların qorunması baxımından ciddi risk yarada bilər.
Ən vacib məqamlardan biri isə tək qalmamaqdır. Otelin administrasiyası, tur agentliyi və ya yerli rəsmi qurumlar çox vaxt turistlərə bu kimi hallarda praktiki yardım göstərirlər. Soyuqqanlı davranmaq və addımları ardıcıl atmaq, hətta ən çətin vəziyyətdən belə minimum itkilərlə çıxmağa imkan verir.

Beləliklə, fikirlərimizi yekunlaşdıraq. Sadalanan şəhərlər təhlükəli olmaqdan daha çox turist axınının çoxluğu ilə seçilir. Bu isə cibgir və oğrular üçün fürsət yaradır. Diqqətli davranış və əsas təhlükəsizlik qaydalarına əməl etməklə bu şəhərlərdə səyahət etmək tam rahat və təhlükəsiz ola bilər. Məlumatlı, təcrübəli və ehtiyatlı turist olmaq isə səyahətin xoş xatirələrlə yadda qalmasının ən etibarlı yoludur.

Həmişə gəzməkdə!

Elnur Ağayev

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri