Turistləri eyni bölgələrə çəkən amil nədir? Açıqlama
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Turist axınının əsasən bir neçə bölgədə cəmləşməsi Azərbaycanın regionlar üzrə turizm imkanlarının tam reallaşdırılması məsələsini gündəmə gətirir. Bəs turistlərin müəyyən istiqamətlərə üstünlük verməsinin əsas səbəbləri nələrdir və turizm potensialı yüksək olan digər rayonların daha cəlbedici destinasiyalara çevrilməsi üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, 2026-cı ilin birinci rübü üzrə təqdim olunan sıralama bütün yerli və xarici turistlərin faktiki sayını deyil, Dövlət Statistika Komitəsinin seçmə müayinəsi əsasında hesablanmış daxili turizm səfərlərini əks etdirir.

Onun sözlərinə görə, buraya təkrar və birgünlük səfərlər, istirahət, qohum və dostlara baş çəkmək, müalicə, işgüzar, dini və digər məqsədlərlə həyata keçirilən səfərlər daxildir:
“Buna görə bu göstəricini unikal turistlərin sayı və ya yalnız istirahət məqsədli turizm axını kimi təqdim etmək düzgün olmazdı. Səfərlərin sayına görə Bakı 2 milyon 543 min səfər və 55,7 faiz payla birinci, Şəki-Zaqatala 356,3 min səfər və 7,8 faizlə ikinci, Quba-Xaçmaz 304,9 min səfər və 6,7 faizlə üçüncü, Qarabağ isə 289 min səfər və 6,3 faizlə dördüncü yerdədir. Lakin turizm səfəri etmiş şəxslərin səfər etdikləri iqtisadi rayonlar üzrə bölgüsünə baxdıqda, sıralamanın fərqli olduğu görünür: Bakı şəhəri 466,3 min nəfərlə birinci, Qarabağ 125,9 min nəfərlə ikinci, Şəki-Zaqatala isə 102,7 min nəfərlə üçüncü yerdədir. Şərqi Zəngəzur üzrə bu göstərici 32,9 min nəfər, yəni ölkə üzrə turizm səfəri etmiş şəxslərin təxminən 2,9 faizi olub. Səfərlərin sayı üzrə isə Şərqi Zəngəzura 46,9 min səfər qeydə alınıb ki, bu da ölkə üzrə daxili turizm səfərlərinin təxminən 1 faizinə bərabərdir. Deməli, Şərqi Zəngəzuru hazırda kütləvi turist axınının əsas istiqamətlərindən biri deyil, aşağı başlanğıc bazasından inkişaf edən yeni destinasiya kimi qiymətləndirmək daha düzgün olardı.
Xarici turistlər üzrə vəziyyət də fərqlidir. 2026-cı ilin birinci rübündə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hotellərdə keçirdiyi gecələmələrin 78,9 faizi Bakıda qeydə alınıb. Qusarın payı 9,7 faiz, Naftalanın 5,2 faiz, Qəbələnin 2 faiz, Qubanın isə 1,2 faiz olub. Buna görə daxili turizm səfərlərinin regional sıralamasını xarici turistlərin seçimlərinə avtomatik şamil etmək olmaz.
Turist axınının müəyyən bölgələrdə cəmləşməsi bir neçə amillə bağlıdır. Ölkə əhalisinin 31,5 faizi Bakı və Abşeron-Xızı iqtisadi rayonunda yaşayır, daxili səfərlərin 66 faizi isə bu ərazilərdə yaşayanların payına düşür. Nəticədə, əhalinin və potensial səyyahların böyük hissəsinin Bakı və Abşeron ərazisində cəmləşməsi paytaxtdan rahat nəqliyyat bağlantısı olan şimal, şimal-qərb, qərb və cənub bölgələrinə turist axınını artırır.
Digər mühüm səbəb turizm məhsullarının və xidmətlərin müəyyən regionlarda artıq bir-birini tamamlayan sistem yaratmasıdır. Şəki, Qəbələ, Qax, Zaqatala, Quba, Qusar, Şamaxı, İsmayıllı, Lənkəran və Naftalan kimi istiqamətlərdə tanınmış turizm obyektləri, yerləşmə və iaşə müəssisələri, təbiət və mədəni irs resursları, ekskursiyalar, bələdçilər və satış kanalları müəyyən dərəcədə formalaşıb. Tanınma,
əvvəlki səfər təcrübəsi, sosial şəbəkələrdə görünürlük və turizm şirkətlərinin hazır marşrutları da tələbi eyni istiqamətlərə yönəldir”.
Ekspert əlavə edib ki, bununla belə, səfərlərin çoxluğu həmişə regionun kommersiya baxımından güclü destinasiya olması demək deyil:
“Birinci rübdə daxili səfərlərin 39,2 faizi qohum və dostlara baş çəkmək, 38,7 faizi isə istirahət və əyləncə məqsədi daşıyıb. Bütün gecələmələrin təxminən 82 faizi qohumların, dostların və ya səyyahın öz ailəsinə məxsus evlərdə keçirilib. Deməli, yüksək səfər sayı otel gəlirlərinin, yerli məşğulluğun və turizmin regional iqtisadiyyata töhfəsinin eyni dərəcədə yüksək olduğunu göstərmir.
Turizm potensialının mövcudluğu hələ həmin ərazinin destinasiya olması demək deyil. Destinasiya turistin tanıdığı, rahat çata bildiyi, əvvəlcədən məlumat və rezervasiya əldə etdiyi, orada qala, müxtəlif fəaliyyətlərə qoşula, pul xərcləyə və sonradan başqalarına tövsiyə edə bildiyi bütöv turizm məkanıdır. Buna görə hər rayonu ayrıca destinasiya elan etmək və ya yalnız yeni otel tikmək düzgün yanaşma deyil. Birinci rübdə ölkə üzrə otellərin birdəfəlik tutumundan istifadə səviyyəsinin cəmi 18,1 faiz olması göstərir ki, əlavə otaq fondunun yaradılması öz-özlüyündə turist tələbi formalaşdırmır.
Fikrimcə, regional turizmin inkişafında turistlərin real hərəkət istiqamətləri nəzərə alınaraq funksional destinasiya sərhədlərinin müəyyənləşdirilməsi, hər ərazinin resurslarının, bazar imkanlarının və hədəf auditoriyasının daha dərindən araşdırılması məqsədəuyğun olardı. Belə təhlillər əsasında hər destinasiya üçün iki-üç fərqləndirici turizm təcrübəsinin və ilboyu tələbat yarada biləcək məhsul portfelinin formalaşdırılması mümkün yanaşmalardan biri kimi görünür. Son kilometr yollarının, ictimai nəqliyyatın, yol nişanlarının, sanitar qovşaqların, tullantı və su idarəetməsinin, təhlükəsizliyin, fiziki əlçatanlığın, rəqəmsal məlumatlandırma və rezervasiya imkanlarının inkişaf etdirilməsi də bu məhsulların cəlbediciliyini və dayanıqlılığını artıra bilər. Yerli qonaq evlərinin, bələdçilərin, sənətkarların, fermerlərin və digər kiçik sahibkarların təlim, maliyyə dəstəyi və satış kanalları vasitəsilə turizm dəyər zəncirinə daha fəal cəlb olunması isə turizmdən əldə edilən faydanın region daxilində daha geniş bölüşdürülməsinə kömək edə bilər.
Belə destinasiya modelinin formalaşdırılmasında Destinasiya Menecmenti Təşkilatları — DMO-lar mühüm rol oynayır. Bu qurumların məqsədi dövlət orqanlarını, bələdiyyələri, turizm biznesini, yerli icmaları, mədəni irs və təbiət ərazilərinin idarəçilərini vahid platformada birləşdirmək, turizm məhsullarını inkişaf etdirmək, xidmətləri əlaqələndirmək, destinasiyanı tanıtmaq və ziyarətçi təcrübəsini idarə etməkdir.
Azərbaycanda bu model 2019-cu ildə Şəki-Zaqatala bölgəsində təqdim edilərkən regionların turizm potensialından daha səmərəli istifadə, dövlət, özəl sektor və yerli əhali arasında əlaqələrin qurulması əsas məqsədlər kimi göstərilmişdi. 2023-cü ildə isə Dövlət Turizm Agentliyinin strukturunda səkkiz regional turizm idarəsi yaradıldı. Bu, regional turizmin idarə olunması modelinin dəyişdiyini göstərir. Lakin açıq nəticə göstəriciləri və müstəqil qiymətləndirmə olmadığı üçün əvvəlki DMO modelinin uğursuzluğunu təsdiqlənmiş fakt kimi təqdim etmək düzgün olmazdı. Eyni zamanda, regional dövlət idarəsi ilə klassik DMO-nu eyniləşdirmək də olmaz. Birincisi dövlətin ərazi strukturudur, ikincisi isə dövlət, biznes və icmaların birgə qərar verdiyi tərəfdaşlıq modelidir.
Hazırda yaradılan regional turizm şuraları bu tərəfdaşlığın bərpası üçün faydalı platformaya çevrilə bilər. Bunun üçün onların fəaliyyəti yalnız məsləhətləşmə ilə məhdudlaşmamalı, məhsul inkişafı, prioritetlərin müəyyən edilməsi, layihələrin seçilməsi və resursların yönəldilməsində real rolu olmalıdır. İdarəetmədə özəl sektorun, bələdiyyələrin, yerli icmaların və peşəkar assosiasiyaların təmsilçiliyi, çoxillik fəaliyyət planı, büdcə və açıq hesabatlılıq təmin edilməlidir.
Qarabağ və Şərqi Zəngəzur üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir. 2026-cı ilin birinci rübündə Qarabağ iqtisadi rayonuna həyata keçirilmiş 288 997 daxili turizm səfərinin 149 208-i, yəni 51,6 faizi, Şərqi Zəngəzura 46 878 səfərin isə 32 994-ü, yaxud 70,4 faizi birgünlük olub. Dövlət Statistika Komitəsinin göstərdiyi ümumi xərcləri səfərlərin sayına bölməklə, bir səfərə düşən orta xərc Qarabağda 97,8 manat, Şərqi Zəngəzurda 111,5 manat, ölkə üzrə isə 242,2 manat hesablanır. Beləliklə, bu göstərici ölkə ortalaması ilə müqayisədə Qarabağda təxminən 59,6 faiz, Şərqi Zəngəzurda isə 54 faiz aşağı olub. Buna görə növbəti mərhələdə əsas məqsəd yalnız ziyarətçi sayını artırmaq deyil, təhlükəsiz və idarə olunan marşrutlar, gecələmə imkanları, axşam proqramları, bələdçili təcrübələr və yerli bizneslərin iştirakı vasitəsilə səfərlərin müddətini və regionda yaradılan iqtisadi dəyəri artırmaq olmalıdır.
Nəticə etibarilə, regional turizmin uğuru yalnız gələnlərin sayı ilə deyil, hər səfərin bölgədə yaratdığı dəyərlə ölçülməlidir: turist nə qədər qalır və xərcləyir, otellər ilboyu necə işləyir, yerli əhali üçün neçə iş yeri və qazanc imkanı yaranır, turistlər və sakinlər bu inkişafdan nə dərəcədə məmnun qalırlar. Eyni zamanda, təbiətə və kommunal infrastruktura düşən yük də diqqətdən kənarda qalmamalıdır. Əsl uğur odur ki, turist bölgədən xoş təəssüratla ayrılsın, yerli sakin turizmin faydasını gündəlik həyatında hiss etsin, region isə öz təbiətini, mədəniyyətini və kimliyini qoruyaraq inkişaf etsin. Çünki uğurlu destinasiya yalnız çox ziyarət edilən deyil, turistin yenidən qayıtmaq istədiyi, sakinin isə yaşamaqdan qürur duyduğu məkandır”.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Şəkil çəkən turistləri ildırım vurub...
27 Oktyabr 2025 18:26
Şəhidlər Xiyabanında video çəkən turistləri hansı cəza gözləyir?
18 Avqust 2025 12:31
ABŞ hücumunu gözləyən İrandan diqqət çəkən açıqlama: Trampla eyni fikirdəyik
02 Fevral 2026 02:10
Kilsədə xanım rəhbər İlahiyyatçıdan diqqət çəkən açıqlama
27 Mart 2026 13:58
Ermənilər bizim xalqımızdır Rusiyadan diqqət çəkən açıqlama
19 May 2026 17:29
Baxış sayı:94
Bu xəbər 12 Avqust 2026 20:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları