Icma.az
close
up
RU
Turistlərin əksəriyyəti Bakını seçir: 30 faiz azalır

Turistlərin əksəriyyəti Bakını seçir: 30 faiz azalır

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ceyhun Aşurov: “Quru sərhədlərin bağlı olması turistlərin Bakıda qalmasına səbəb olur”


 “Azərbaycana gələn turistlərin 80 faizindən çoxu Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər. Bu ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusar olub. Azərbaycana gələnlərin 6,4 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, turistlərin 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər”. Bu fikirləri iqtisadçı, deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu müddətdə turistlərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,3 faiz artaraq 1 milyon 937 min olub:

 “Gecələmələrin ümumi sayının 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1,0 faizi İtaliya, 0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna, 21,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”. V.Bayramov vurğulayıb ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar: “Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Bu isə ondan xəbər verir ki, bölgələrin turizm potensialının artırılması və daha çox turistlərin cəlb edilməsi üçün sistemli tədbirlərin və eləcə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”. 

Ekspertlər turistlərin Bakını daha çox seçmələrinin səbəblərinin bir neçə amillə bağlı olduğunu düşünür. 


Turizm məsələləri üzrə mütəxəssis Ceyhun Aşurov Sherg.az-a açıqlamasında qeyd etdi ki, rəsmi statistika bu ilin ilk 9 ayı ərzində ölkəmizə gələn turistlərin ümumi sayında əvvəlki illərlə müqayisədə azalma olduğunu göstərir:  


- Turist sayında azalmalar 2 faiz, yay aylarında isə bir qədər də artaraq 5-6 faiz olub. Satış portallarından əldə edilən məlumatlar isə hətta 30 faiz azalma olduğunu göstərir. Hotellərdə qalanların sayına da təsir göstərir. "Turistlərin əksəriyyəti niyə paytaxt Bakını seçir", sualına gəlincə, buna səbəb olan bir neçə amil var. İlk növbədə qeyd etməliyik ki, Bakıda hotellərin konsentrasiyası daha çoxdur. Qalma alternativlər də çoxdur. Qiymətlər də regionlardakı hotellərə nisbətən daha əlverişlidir. Turistlərə daha əlverişli qiymətlər təklif edilir. Gələn turistlərin çoxu Bakıda infrastruktur tam olduğuna görə buranı seçir. Bakıda bir turistə lazım olacaq yerləşmə, qalma, qidalanma, əyləncə - hər cür imkan, şərait var. Buna görə də əcnəbilər üçün Bakıya gəlib istirahət etmək, gəzinti turlarına qatılmaq daha rahatdır. İkinci amil quru sərhədlərin bağlı olmasıdır. Turistlər ölkəmizə ancaq hava nəqliyyatı ilə gələ bilir. Hər hansı turist regionlara səfər etsə, məcburdur, geri dönüş üçün mütləq Bakıya qayıtsın. Bir neçə günlük səyahətinin 1-2 gününü Bakıda keçirsin. Həm ölkəyə giriş zamanı, həm də çıxış üçün Bakıda olmalıdır. Çünki ölkəyə giriş-çıxış yalnız hava limanından mümkündür. Turistlər ola bilsin həm də bu amili nəzərə alaraq regionlara səfər etməyi lazım bilmir, səfərlərini bütövlükdə paytaxtda keçirib hava limanından giriş etdikləri kimi, çıxış etməyi daha rahat hesab edirlər. Niyə turist özünə əziyyət verib bölgəyə getsin, bir halda ki, onsuz da Bakıya qayıdacaq. Bu amillər əcnəbilərin ölkəyə həm gəlişinə, həm də paytaxtı seçmələrinə səbəb olur. Nəticədə paytaxt inkişaf edir, turizm potensialı artır, bölgələr isə yenə də geri qalır, inkişaf ləngiyir, turizm potensialı olsa da, təqdim edə bilmir, turistləri cəlb etmək çətinləşir. 

Məlahət Rzayeva     

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri