Icma.az
close
up
RU
Turistlərin ölkəmizi seçməsi üçün səbəbləri artırmalıyıq MÜNASİBƏT BİLDİRİLDİ

Turistlərin ölkəmizi seçməsi üçün səbəbləri artırmalıyıq MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qiymətlərin yüksəkliyi turistlər üçün maneədir dedikdə, əlbəttə ki, qiymətlər yüksək olarsa və bu qiymətlərin yüksək olması qarşılığında xidmətlər və göstərilən keyfiyyət qiymətin dəyərində olmasa, o zaman narahatçılıq yaranmağa bir səbəb olur. Amma hal-hazırda Azərbaycan üçün qiymətlərin yüksək olması nisbidir, çünki hazırda otel və restoran qiymətləri qonşu ölkələrlə müqayisədə daha əlverişlidir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ceyhun Aşurov sözlərinə belə davam edib: "Hətta Türkiyə və Gürcüstanla müqayisədə də Azərbaycanda qiymətlər daha münasibdir. Söhbət turizmdən gedirsə, ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunur və bu da qiymətlərə təsir edir.

Lakin əsas məsələ uçuş qiymətlərinin yüksək olmasıdır. Hazırda Azərbaycanın quru sərhədləri bağlıdır və ölkəyə əsasən hava nəqliyyatı vasitəsilə giriş-çıxış mümkündür. Bu səbəbdən tur paketlərinin qiymətlərində hava nəqliyyatı xərcləri ciddi rol oynayır. Belə olan halda, xarici turist üçün Azərbaycana gəlmək baha başa gəlir. Əgər turistin seçə biləcəyi başqa alternativlər varsa, o niyə məhz Azərbaycanı seçsin? Buna görə də biz, turistlərin ölkəmizi seçməsi üçün səbəbləri artırmalıyıq.

Bu səbəblər əlbəttə ki, təkcə qiymətlərlə bağlı deyil. Həm rahat marşrutların olması, ölkəyə gəlmənin rahat olması, hər hansı bir baryerin olmaması, vizanın olmaması və yaxud da vizanın çox asan olması - hansı ki, bu istiqamətdə müəyyən işlər görülmüşdür - eyni zamanda rahat və əlverişli şəkildə, münasib qiymətə ölkəyə gəliş-gedişin hava nəqliyyatından da olması, əlbəttə ki, buna öz müsbət təsirini göstərə bilər. Düşünürəm ki, hava nəqliyyatında biz ucuz hava daşıyıcılarını Azərbaycana cəlb edə bilsək, bu, qiymətlərin azalmasına səbəb ola bilər. Hazırda Azərbaycanın 9 beynəlxalq hava limanı var. Amma uçuşların 90 faizindən çoxu yalnız Bakı hava limanından həyata keçirilir. Digər hava limanları isə həm səmərəli çalışmır, həm də effektiv deyil. Ümumilikdə onların saxlanılması da əslində ciddi xərc tələb edir.

Ölkəyə daha çox turistin cəlb olunması üçün mütləq hava məkanlarının və hava limanlarının səmərəli çalışması, əlverişli qiymətlərlə xidmət göstərilməsi çox zəruridir və bu, həm də rəqabət mühitini artırmış olacaqdır. Ümumiyyətlə götürdükdə isə Azərbaycanda həm otellərin, qalma yerlərinin sayı artırılmalıdır ki, son dövrlərdə biz bunu görürük - qalma yerlərinin sayında müəyyən artım var. Bu artdıqca və eyni zamanda daha çox turist gəldikcə, düşünürəm ki, ölkəyə gəlmək üçün ilk növbədə onların logistikasını əlverişli etməliyik. Bu zaman turistlərin axınına müsbət təsir göstərəcək, demək olar.

Qiymətlərin yüksəkliyi dedikdə, əsasən ölkəyə gəliş-gediş və nəqliyyat xərclərinin yüksəkliyini nəzərdə tuturam və hesab etmirəm ki, Azərbaycanda otellər, restoranlar və qidalanma qonşu ölkələrlə müqayisədə elə də bahadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri