Turistlərin tapdığı 7 kq lıq sandıqdan sərvət çıxdı: 80 il əvvəl basdırılıbmış...
News24 saytına istinadən Icma.az xəbər verir.
Çexiyanın Krkonoše dağlarında gəzintiyə çıxan bir neçə turist təsadüfən inanılmaz tapıntı ilə qarşılaşıb.
News24.az xəbər verir ki, onlar qayaların arasında parıldayan metalı görüb çıxardıqlarında 7 kiloqramlıq ağır alüminium qab tapıblar.
Turistlər ehtiyat göstərərək qabı özləri açmayıb, Şərqi Bohemiya Muzeyinə təhvil veriblər. Əvvəlcə mütəxəssislər əşyanın ciddi dəyəri olmadığını düşünsələr də, qab açıldıqda içərisindən əsl xəzinə çıxıb.
Sandığın içində 600-ə yaxın qızıl sikkə, onlarla bilərzik, siqaret qutuları, zinət əşyaları və möhürlənmiş qutu aşkarlanıb. Ümumi çəkisi 7 kiloqram olan tapıntının 3,7 kiloqramını yalnız qızıl təşkil edir. Təkcə metalın dəyəri yüz minlərlə dollarla ölçülür, tarixi əhəmiyyəti isə daha da böyükdür.
Adlarının açıqlanmasını istəməyən turistlər qanunla xəzinənin dəyərinin 10 faizinə qədər mükafat alacaqlar. Muzey mütəxəssisləri isə artıq 80 ildən çox gizli qalan bu xəzinəni ətraflı öyrənməyə başlayıblar.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 30 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















