80 min il əvvəl supervulkanın püskürməsi ilə bağlı yeni faktlar üzə çıxdı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Alimlərdən ibarət beynəlxalq qrup təqribən 80 min əvvəl baş vermiş Los-Çokoyos supervulkanının püskürməsi haqqında araşdırma apararaq yeni məlumatlar üzə çıxarıb.
Oxu.Az xəbər verir ki, sözügedən araşdırma "Communications Earth & Environmen" elmi jurnalında dərc olunub.
Bildirilir ki, müasir Qvatemala ərazisində baş vermiş superpüskürmə Yerin tarixində ən güclülərindən biri hesab olunur.
Alimlər püskürmənin dəqiq tarixini müəyyən ediblər - 79 min 500 il əvvəl. Bundan başqa, onlar püskürmənin fəlakətli olduğunu təsdiqləyiblər. Belə ki, püskürmə nəticəsində əmələ gəlmiş külün sayı qlobal soyumaya və Günəş işığının azalmasına səbəb olub.
Lakin kül cəmi bir neçə onillik ərzində yox olub, bu da iqlimə bərpa olmağa imkan verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 03 Mart 2025 06:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















