Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Flik “Barselona”dan ayrıla bilər

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Turizm Agentliyi dövlət büdcəsini necə talayır?

Turizm Agentliyi dövlət büdcəsini necə talayır?

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-01 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025″ turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə 10.03.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub və “BÜROMAX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 185.660,02 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Məlumat satınalmalarının vahid internet portalında 24.04.2025-ci il tarixdə dərc edilib.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən nəzərdə tutulmuş sərgi stendinin quraşdırılması işlərinə dair keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 407.082,30 manat müəyyən edilmişdir.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Dövlət Turizm Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi Dövlət Turizm Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “BÜROMAX” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Qeyd edək ki, bu Dövlət Turizm Agentliyi ilə “BÜROMAX” MMC arasında olan ilk işbirliyi deyil. Tərəflər arasında 16-19 yanvar 2025-ci il tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək “Ferien Messe Wien” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üzrə bir müqavilə də 08.01.2025-ci ildə bağlanılıb. Bu müqavilənin dəyəri 118.809,48 manat təşkil edib. “BÜROMAX” MMC 191.001,29 manat ehtimal olunan qiymətə qarşı yenə də 20 faizdən aşağı təkliflə qalib seçilib.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BÜROMAX” (VÖEN: 1403306911) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.01.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 12.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, FİKRƏT ƏMİROV, ev 10, qanuni təmsilçisi kimi isə Rəhimov Oğuz Nurəddin oğlu qeyd olunub.
Elektron medianın ötən ilin sentyabrında yaydığı məlumata görə “Büromax” MMC-yə inzibati protokol yazılıb. Xəbərə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Göründüyü kimi Dövlət Turizm Agentliyi ilə “BÜROMAX” MMC arasında bağlanmış satınalma müqaviləsində satın alınan xidmətin qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə nəinki 20 faizdən aşağıdır, hətta 50 faizə yaxındır. Bu isə öz növbəsində keçirilmiş açıq tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaya bilmir.
Bu şübhələri iki gün əvvəl Dubayda keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisi ilə bağlı Dövlət Turizm Agentliyinin elektron mediada yaydığı məlumatlar daha da artırır. Ağentliyin yaydığı məlumatda qeyd olunur ki, Dövlət Turizm Agentliyi sərgidə iştirak etmək üçün stend quraşdırılmasını “BÜROMAX” MMC-yə həvalə edib. Bunun üçün agentlik şirkətə 18.566.002 manat ödəyib. Sərgi üzrə tələb olunan sahənin icarəsi üçün isə “Reed Exhibition Limited” şirkəti ilə razılaşıb. Bunun üçün şirkətlə 496.213,36 AZN-lik müqavilə bağlanıb.
Qeyd edək ki, satınalmaların portalında Dövlət Turizm Agentliyi Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025” sərgisi üzrə tələb olunan sahənin icarəsi üçün 14.04.2025-ci ildə “Reed Exhibition Limited” şirkəti ilə 496.213,36 manat dəyərində, həmin sərgidə açar təhvili üsulu ilə stendin quraşdırılmasına isə “BÜROMAX” MMC ilə 185.660,02 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb. Agentlik iki gün əvvəl yaydığı məlumatda isə şirkətə 18.566.002 manat ödədiyi açıqlanıb. Görsənən odur ki, Dövlət Turizm Agentliyi dövlətin pullarını sərgilərdən daha çox məmurların səyahitəni xərcləyir.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı xəbərlər yer aldı. Daha sonra Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov xaricdə təşkil olunan tədbirlərə dövlət tərəfindən ayrılan pullarla Turizm Agentliyinin məmurlarının səyahət etməsi barədə açıqlamalar verdi. Görsənən odur ki, Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət almasına baxmayaraq dövlətin pullarını hələ də işçilərinin səyahətinə xərcləyir. (Aktualinfo.org)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see488

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see300

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see297

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see291

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see240

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see237

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see229

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see225

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see220

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see213

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see206

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see193

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see186

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see184

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see181

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see171

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see170

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see170

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see169

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri