Dövlət Turizm Agentliyi əməkdaşının həbs müddəti uzadıldı
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.
Lent.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.
Məhkəmənın qərarına əsasən, Nicat Hüseynovun həbs müddəti 2 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov DTX tərəfindən bu ilin martın 4-də şübhəli şəxs qismində saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı həbs edildi
10 Mart 2025 11:23
Turizm Agentliyi dövlət büdcəsini necə talayır?
02 May 2025 14:44
Dövlət Turizm Agentliyi tənqid hədəfində KONKRET
08 May 2026 16:20
Ermənistanda keçmiş XİN əməkdaşının həbs müddəti uzadıldı CASUSLUQ EDİB?
10 Dekabr 2025 14:08
Dövlət Turizm Agentliyi 232 minlik məsləhət alacaq
06 Avqust 2025 09:31
Baxış sayı:125
Bu xəbər 29 İyul 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















