Icma.az
close
up
RU
Turizm Agentliyində CASUS QALMAQALI: “Xarici kəşfiyyata işləyir” İDDİA

Turizm Agentliyində CASUS QALMAQALI: “Xarici kəşfiyyata işləyir” İDDİA

Icma.az, Yenicag saytına istinadən bildirir.

Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-ü şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Agentlikdə bir neçə gündür baş verənlərlə bağlı Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a sensasion açıqlamalar verib.

Partiya sədri 2018-ci ildən qurumun rəhbəri olan Fuad Nağıyevi xarici kəşfiyyata işlədiyini bildirib:

“Bu qurumun rəhbəri avaranın biridir və kimlərinsə hesabına gəlib o vəzifəyə. Yadınıza gəlirsə, mən bir neçə il öncə cənab Prezident Şuşanı alandan sonra bütün partiya sədrlərini dəvət etmişdilər, biz də orda iştirak etdik. Orda Türkiyə turizm şirkətinin rəhbərliyi və digər şəxslər çıxış elədi, eləcə də Fuad Nağıyev. O çıxışdan sonra mən dedim ki, bu adam agentdir, bunu təcili kənarlaşdırmaq lazımdır. Orada, əlbəttə, hökumət nümayəndələri də vardı, mən onlara da bildirdim. Daha sonra bütün partiya sədrləri arasında da biz müzakirə keçirdik ki, bu adam layiq deyil o vəzifəyə”.

“Ona görə də o aparat rəhbəridir, xırda adamların həbs edilməsidir, bunlara ehtiyac yoxdur. Sədrin özü agentdir. Bu ölkəmiz üçün baş qaxıncıdır, dövlət başçımızın siyasətinə, onun komandasına uyğun adam deyil. Bu şəxs təcili həbs edilməlidir. Düşünürəm ki, o xarici kəşfiyyata işləyən adamdır. Bunların hamısının üstünü mən Hafiz Hacıyev açıram. Yadınıza gəlirsə, Kənd Təsərrüfatı Nazirliyi rəhbərinin köməkçisini gecə saat 1-in yarısında mən qovdurdum. Bunlar hamısı hakimiyyət daxilində agentliklə məşğuldurlar. Hakimiyyət daxilindəki bu agentlər təmizlənməlidir. Hamımız dövlət başçısına yardım, kömək etməliyik. Həm ideoloji baxımdan, həm belə faktları biləndə aşkara çıxarmalıyıq. Doğrudur, çətindir, ağırdır bunları demək, ancaq heç kim mənim kimi deyil”, – deyə o, əlavə edib.

MMP sədri əlavə edib ki, F. Nağıyev təcili şəkildə həbs edilməli və rəhbərlik etdiyi agent şəbəkəsi ifşa edilməlidir:

“Əlbəttə ki, mən canımı bir şəxsin yolunda qoymuşam, cənab Prezidentimizin yolunda canımı fəda vermişəm. Mən imkan verməyəcəyəm ki, onun çörəyini yeyib ona xəyanət edənlər olsun. Ona görə də düşünürəm ki, orada gedən bu xırda “kilkə”ləri tutmaq lazım deyil, onun böyüyünü həbs etmək lazımdır. Böyüyü tutsalar, hansı dövlətə agentlik etdiyini deyəcək özü. Onun özünün ətrafında da hakimiyyətə hansısa vasitələrlə yerləşdirdiyi nə qədər adamı var. Bunlar hamısı təcili həbs edilməlidir. Əks halda ölkədə anarxiya əmələ gələcək. Bu və bunun kimi məmurlar sərt şəkildə cəzalandırmalıdır. Uzatmaq lazım deyil. Bu agentura işlərinin başında duran, xaricə işləyən o sədrin özüdür. O da həmişə Ulu Öndər Heydər Əliyevin əksinə gedən adam olub. Kimsə o vaxt pulunu alıb gətirib sırıyıblar. Bu da şükür ki, vaxtında üstü açıldı, müvafiq tədbirlər görülür. Hər bir halda qurumun sədri olan o kəsi təcili aradan götürmək lazımdır. Mən DTX-yə, hörmətli Əli Nağıyevə müraciət edirəm, çünki o dövləti qoruyan çox ləyaqətli şəxslərdən biridir. O təcili həbs edilməlidir, o zaman görəcəksiniz ki, hansı faktların üstünü açıqlayacaq”.

Nurlan Cəfəri

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Mart 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri