Icma.az
close
up
RU
Turizm Agentliyinin “hökm”ü hazırlanır

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Mənbənin bildirdiyinə görə, Hesablama Palatası tezliklə qurumdakı yoxlamaları başa çatdıracaq, bundan sonra isə...


Ötən ay Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimir. Bildirilir ki, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib. Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. “Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, - iddialarda deyilir.

Daha sonra məlumat verilib ki, Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 04 mart 2025-ci ildə şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Dövlət Turizm Agentliyində bir müddət əvvəl başlayan yoxlama isə davam edir. Bakupost.az xəbər verir ki, Hesablama Palatasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, audit prosesi yanvar ayından başlayıb.

Məlumatda deyilir ki, yoxlama prosesi Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən aparılır: "Plana əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir".

İddialara görə, Dövlət Turizm Agentliyi 103 milyon zərərlə işləyib. Son illər isə agentliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ilə turizmin inkişafı sahəsində aparılan işlərə uyğun deyil. Medianın ittiham kimi yazdıqlarının bir məqamı da odur ki, turizmin təbliğatı üçün ayrılan külli miqdarda vəsaitin fonunda Azərbaycana bu ilin yanvar ayında 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da cəmisi 4% artım deməkdir. 2025-ci ilin fevral ayında ABŞ-ın “Cable News Network Inc” (CNN) ilə imzalanan 1 milyon 190 min manatlıq müqavilə bu xərclər arasında diqqət çəkən məqamlardan biridir.

Mənbənin bildirdiyinə görə, Hesablama Palatasının tezliklə yoxlamaları başa çatdıracaq və bu, Dövlət Turizm Agentliyinin rəhbərliyinin “hökmü”ndə əsas tutarqa hesab olunacaq. Bundan sonra hüquq-mühafizə orqanları antikorrupsiya tədbirləri çərçivəsində bir sıra həbslər həyata keçirəcək. Hesablama Palatasının hesabatı “hökm” kimi dəyərləndirilə bilərmi?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı fikirlərini "Müsavat”la bölüşüb:

“Birinci onu qeyd edim ki, məmurların taleyi, agentliklərin yaradılması ölkə başçısının səlahiyyətində olan məsələdir. İkincisi, Turizm Agentliyinin ziyanla işləməsi də sürpriz deyil. Çünki Dövlət Turizm Agentliyinə verilən hotellərin bir qismi, misal üçün, qış turizm kompleksi də Dövlət Turizm Agentliyinə verilib, o da ilin 9-10 ayı işləmir, ya da çox zəif işləyir. Ona görə də bunların çox böyük xərci var - işçi heyətinin saxlanılması, obyektlər böyükdür, onların da saxlanma xərcləri var. Digər tərəfdən, Turizm Agentliyinin özünün inzibati-bürokratik aparatı var. O ki qaldı Turizm Agentliyi və turizmin inkişafına, əmin deyiləm ki, ölkəmiz turizmin inkişafını istəyir. Hansısa bir agentlik yaratmaqla turizm inkişaf etmir. Onda gərək bir xoşbəxtlik agentliyi də yaradaq, insanlar xoşbəxt olsun. Bu cür məsələlər prezident fərmanları və yaradılmış strukturlardan asılı olmur. Əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, Gürcüstan təcrübəsinə baxmaq kifayət edər. Gürcüstanın təcrübəsini təkrarlaya bilərik. Gürcülər bizdən çox fərqlənmir, bizim kimi tarixləri var, təhsil sistemləri olub və s. Bizim də üstünlüklərimiz var. Amma Gürcüstana gələn turistlərin sayı bizdən üç dəfə çoxdur. Biz bir tərəfdən turizmi bağlayıb, digər tərəfdən turizmi inkişaf etdirmək istəyiriksə, burada Turizm Agentliyinin günahı yoxdur. "Niyə ölkəyə giriş çətindir və bahadır" sualına cavab tapmaq lazımdır. Agentliklərin effektivliyi məsələsinə gəlincə isə ABŞ-da indi aparılan dəyişikliklər örnək ola bilər. Hökumət effektivlik agentliyi yaradıb, qurumları "kəsib" atırlar. Ölkəmizdə də dövlətin iş payı özəl sektordan çoxdur, hər ikisi eyni iş verən qismindədir, bu absurddur. Dövlət ciddi islahatlara getməlidir. Dövlət sektorunda işçi sayı iki dəfə azaldılmalıdır. Necə ki, nəhəng ölkə olan ABŞ indi bunu vacib sayır, Azərbaycanda da imkan verilməməliydi ki, mənasız strukturlar, agentliklər formalaşsın, yalançı iş yerləri formalaşsın. Bunların hamısı ləğv edilməlidir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Aprel 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri