Icma.az
close
up
RU
Turizm sektorunun inkişafı üçün bu amillər olmalıdır İqtisadçı

Turizm sektorunun inkişafı üçün bu amillər olmalıdır İqtisadçı

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Bugünkü mövcud şəraitə əsaslansaq, turizm sektoru qeyri-neft sektoru üzrə prioritetlər arasında potensialı və reallaşdırılması birinci olan sektordur". 

Redaktor.az xəbər verir ki, bu fikirləri bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, bu sektor 2011-ci ildə turizm ili elan edildikdən sonra sürətli inkişaf edərək, 2019-cu ildə rekord göstəricilərə çatıb.

"Ölkədə ardıcıl beynəlxalq tədbirlərlər keçirildi ki, bunların da mərkəzində dayanan əsas məqsəd ölkənin qlobal turizm bazarında tanıdılması idi. Lakin pandemiyanın vurduğu zərərdən sonra 5 ildir ki, 2019-un yekun göstəricilərini təkrarlamaq mümkün olmayıb. Turizmlə bağlı bizim rəqib ölkələrimiz - Türkiyə və Gürcüstan isə 2019 göstəricilərini geridə qoyublar. Bunun müxtəlif  obyektiv və subyektiv səbəbləri olsa da bunlardan ikisini xüsusidir. Birincisi, quru sərhədlərinin bağlı olması, ikincisi isə turizm sektorunda hələ də dövlətin rolunun yüksək səviyyədə qalmasıdır. Əminəm ki, əgər Türkiyə və Gürcüstanda da sərhədlər bağlı olsaydı və turizm sektorunda aparıcı idarəçilik dövlətin əlində olsaydı, o zaman bu ölkələr də də artım dinamikası olmayacaqdır. Turizm xidmət sektorunun bir parçasıdır. Bu parça tamlıqla özəl təsərrüfat subyektlərinin əlində olması inkişaf üçün bir zərurətdir. Dövlət isə tənzimləyici funksiyasını həyata keçirməli və bu rolda qalmalıdır. 

Amma Azərbaycanda 2009-cu ildə Şahdağda qış turizm kompleksinin inşasına başlanıldı, 2015-ci ildə isə qapalı səhmdar cəmiyyəti yaradıldı. Lakin turizm mərkəzinin qapalı səhmdar cəmiyyəti kimi fəaliyyət göstərməsi turizmin inkişafına mənfi təsir edir. Statistika da bunu təsdiq etməkdədir. Böyük vəsaitlər hesabına yaradılan bu  turizm mərzəzinin faydaları bir yana, heç özünü də normal ayaqda saxlaya bilmir. Dövlət büdcəsindən ayırmalar həyata keçirilir. 2021-ci ildə dövlət tərəfindən bu sahəyə 14 milyon manat, 2022-ci ildə isə 12 milyon manat vəsait ayrılıb. Nəticə də 2016-cı ildən 2023-cü ilin sonuna qədər Şahdağ Turizm Mərkəzinin zərəri 103 milyon manatı keçib. Deməli, bu yanaşmanı dəyişməliyik".

Ekspert qeyd edib ki, dünya təcrübəsinə görə, özəl fəaliyyətin mümkün olduğu sahələri dövlət nəzarətdə saxladıqda, ikiqat zərərli olur. Bir tərəfdən inkişaf ləngiyir, digər tərəfdən büdcənin yükü artır.

"Bütün bunları vurğulamaqda məqsədim odur ki, cənab Prezidentin Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı ilə görüş və bu görüşdəki müzakirələrindən sonra turizmdə özəl sektorun payının daha da artırılması və bu istiqamətdə rəqabət mühitinin gücləndriliməsi vacibdir. Çünki bu görüş inanıram ki, ölkəmizdə turizm sektoruna, ələxsus da qış turizminə öz faydasını verəcəkdir. Sadəcə, turizm sektorunda dövlətin idarəedici rolunun tənzimləyici rolla daha çox əvəzlənməsi və özəl subyektlərinin rolunun artırılması rəqabət mühitini gücləndirərək bu faydanı artıra bilər.

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı ölkənin digər əraziləri ilə müqayisədə daha yüksəkdir. Bu ərazilərin uzun müddət əlçatan olmaması ilə onu Quba, Qəbələ, Şəki kimi yerlərdən daha maraqlı və daha cəlbedici etmişdir. Amma burada da müasir turizm mərkəzlərinin yaradılması və yaradıldıqdan sonra qapalı səhmdar cəmiyyət kimi dövlətin nəzarətində olması baş verəcəksə, bu zaman buranın da ölkə iqtisadiyyatı üçün fayda gətirməsində müəyyən risklər qaçılmaz olacaq. Buna görə də bu ərazilərin potensialını canlandırmaq üçün, o cümlədən qış turizminin orada (Kəlbəcərin relyefi və iqlimi buna imkan verir) yardılması üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyətin təmin edilməsi və daha sonra prosesin özəl sektora tam ötürülməsi daha effektiv və dayanıqlı nəticələrin əldə olunmasına imkan verərdi".

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri