Icma.az
close
up
RU
Turizm Agentliyi bu sahəni batırır İqtisadçı rəqəmlər açıqladı

Turizm Agentliyi bu sahəni batırır İqtisadçı rəqəmlər açıqladı

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqaisədə 1,1% azalaraq cəmi 508 min nəfər olub. Qonşu və müttəfiq Gürcüstana, daxili gərginliyin, mitinqlərin, etirazların olmasına baxmayaraq 2025-ci ilin 1-ci rübündə, 2024-cü ilin eyni dövrünə nisbətən 1,2% daha çox, yəni, 1 mln. 300 min turist səyahət edib. 2025-ci ilin eyni dövrlərini müqayisə edəndə Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turist gəlib.

Tribunainfo.az xəbər verir ki, rəqəmləri açıqlayan iqtisadçı Natiq Cəfərli bildirib ki, quru sərhədləri bağlı olan ölkə turizmi inkişaf etdirə bilməz, bu aksiomdur:

“Amma Azərbaycanın problemi tək bu da deyil – qiymət və keyfiyyət tarazlığı, hekayə quruculuğu yoxdur.
Məsələn, istənilən ölkədə Qobustan kimi bir tarixi məkan olsaydı, elə bir hekayə quruculuğu təşkil olunardı ki, bütün dünya Qobustanı tanıyardı. Qobustan turizm üçün hekayə quruculuğunda ideal yerdir – nə desən var, hətta nə istəsən artıraraq göstərə, danışa da bilərsən.

Haşiyə: 2014-cü ildə Gürcüstan dünyaya elan etdi ki, 8 min il öncə Şulaveri və Qadaçreli bölgəsində şərab istehsal olunub, indi həmin kəndlərə, bölgəyə ildə 400 min turist gəlir.

Biz isə Qobustanı belə normal təbliğ edə bilmirik, bu bir kənara, 8 may 2025-ci ildə Qobustana giriş biletlərini kəskin bahalaşdırıblar. Əvvəlki qiymətlər belə idi: yerli ziyarətçilər üçün 4, əcnəbi ziyarətçilər 10, tələbələr 1, məktəblilər üçün isə 0.40 AZN təşkil edirdi.

Bir neçə gün öncə yeni qiymətlər elan ediblər: indi yerli ziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, məktəblilər 2 manat ödəməli olacaqlar.

Qiymətləri turistlər üçün 2, tələbələr üçün 3, məktəblilər üşün isə 5 dəfə artırıblar. Ümumiyyətlə, turistlər üçün muzeylərə, qoruqlara baha bilet yanaşması dünyanın bir çox ölkələrində var, bunu anlayıram, amma, bu addımı məkanın PR-ı ciddi qurulandan sonra mümkündür, məsələn, qardaş Türkiyədə “Aya Sofyanı” dünyada tanımıyan yoxdur, orada yerli-əcnəbi qiymət fərqi anlaşılandır. Amma biz hələ Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq?

Bundan başqa, yaxşı, öz şagirdlərimizə, tələbələrimizə qiyməti nədən artırırıq ki?! Elə yenə Türkiyədən misal çəksək, orada məktəblilər üçün əksər muzeylər tam pulsuzdur – bilirsiniz niyə? Çünki bu həm də hekayə quruculuğunun bir hissəsidir, məktəblilər, tələbələr dünyaya daha açıq olurlar, müxtəlif ölkələrdə yaşayan həmyaşıdlıları ilə danışır və hər biri “turizm agentinə” çevrilirlər.

Turizmi iqtisadiyyatın prioritet sahəsi elan edən, amma bu vacib, ciddi multiplikativ effekti olan (turizm inkişaf edəndə öz ardınca iqtisadiyyatın 8-10 sahəsini də dartıb aparır) sahənin inkişafı üçün real addımlar atmayan ölkəyə Azərbaycan deyilir”.

Nigar İxtiyarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri