Icma.az
close
up
RU
Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirilib

Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün BMT Turizmin Avropa Regional Komissiyasının Bakıda keçirilən 71-ci iclası çərçivəsində “Təkandan Yüksəlişə: Turizmdə İqlim Dəyişikliklərinə Qarşı Fəaliyyətin COP29-dan Sonra İrəliləməsi” mövzusunda tematik konfrans təşkil edilib.

"APA-Economics" xəbər verir ki, konfransda COP29-dan sonrakı dövrdə turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə inteqrasiya edilməsi, turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin zəruriliyi və emissiyaların azaldılması, Avropa regionunda dayanıqlı turizm təcrübələrinin tətbiqinin təşviqi, yaşıl keçid üçün lazımi resursların səfərbər edilməsi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Qlazqo Bəyannaməsi və “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” turizm sektorunda dövlət orqanlarını, özəl biznesləri və digər maraqlı tərəfləri karbon emissiyasının azaldılması strategiyaları üzrə hədəfləri qəbul etməyə, bu istiqamətdə tədbirləri dəstəkləməyə təşviq edir.

Konfransda “Mitiqasiya – Aşağı karbonlu turizmin gələcəyi üçün praktiki addımlar” və “Adaptasiya – Dəyişən iqlimə qarşı turizmin hazırlığı” mövzularında panel sessiyalar keçirilib.

Panel sessiyalarda turizm sahəsində dekarbonizasiya, emissiyaların ölçülməsi və azaldılması sahəsində praktiki yanaşmalar və real həllər, dəniz səviyyəsinin qalxması, ekstremal hava şəraiti və ekosistemlərin məhv olma təhlükəsi kimi iqlim risklərinin idarə olunması, dayanıqlı infrastrukturlardan istifadə və adaptasiya tədbirlərinin turizm planlaşdırmasına inteqrasiyası yolları ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirələrdə, həmçinin Azərbaycanın turizm sektorunda iqlim dəyişikliklərinə qarşı həyata keçirilən tədbirlər, o cümlədən “Turizm üzrə İqlim Fəaliyyəti Planı”nın hazırlanması və dayanıqlı infrastruktur prinsiplərinin turizmin inkişafında tətbiqi barədə məlumat verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri