Icma.az
close
up
RU
COP29un Yaşıl Zonasında turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda sessiya keçirilib

COP29un Yaşıl Zonasında turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda sessiya keçirilib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda keçirilən COP29 konfransı çərçivəsində COP29 Sədrliyi tərəfindən idarə edilən və geniş ictimaiyyətə xitab edən Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin təşkili davam edir.

APA xəbər verir ki, belə ki noyabrın 20-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti tədbirini Azərbaycan Turizm Bürosu ilə birgə təşkil edib.

“Turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi: innovativ həllər və gələcək addımlar” mövzusuna həsr olunmuş panel müzakirəsində dayanıqlı turizmin gələcəyi, eyni zamanda turizm sənayesinin ekoloji təsirini minimuma endirərək yerli iqtisadiyyatların və mədəni irsin necə gücləndirilməsi və qorunması müzakirə olunub.

BMT-nin Ümumdünya Turizm Təşkilatının davamlı turizm və dayanıqlılıq üzrə proqram koordinatoru Virginia Fernandez-Trapanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Dövlət Turizm Agentliyinin Turizm Siyasəti və Strategiyası şöbəsinin müdiri Günay Bayramova, Braziliyanın Turizm Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Heitor Kadri, “Iberostar Group” şirkətinin qlobal dayanıqlılıq üzrə direktoru Erika Harms, “The Travel Corporation” şirkətinin dayanıqlılıq üzrə direktoru Şannon Gihan, Amerikalararası İnkişaf Bankının iqlim dəyişmələri əməliyyatları üzrə baş mütəxəssisi Emi Levis iştirak edib.

Turizm sahəsinin mütəxəssisləri olan panelistlər karbon emissiyalarını azaltmaq, bioloji müxtəlifliyi qorumaq və turizmin həm iqtisadi, həm də ekoloji cəhətdən dayanıqlı olmasını təmin etmək üçün ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi aparıblar. Müzakirə zamanı ekoturizm, yaşıl infrastruktur və məsuliyyətli səyahət təcrübələri kimi innovativ yanaşmaların qlobal turizmin inkişafına töhfə verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, adıçəkilən panel müzakirəsi ilə yanaşı COP29 Yaşıl Zonada gün ərzində dayanıqlı gələcək üçün şəhər infrastrukturunun təkmilləşdirilməsi, daha dayanıqlı, inklüziv və insan mərkəzli mühitlərin yaradılması, turizmin iqlim dayanıqlılığı və ekosistemin bərpasına töhfələri, inşaat sektorunun dekarbonizasiyası kimi mövzuların müzakirəsində yerli və xarici ekspert qonaqlar iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Noyabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri