Icma.az
close
up
RU
Turizmin gələcək kadrları iş yerində yetişir DUAL TƏHSİLİN YENİ ÜNVANI

Turizmin gələcək kadrları iş yerində yetişir DUAL TƏHSİLİN YENİ ÜNVANI

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 avqust, AZƏRTAC

Turizm sektorunun dayanıqlı inkişafında əmək bazarının tələblərinə uyğun, müasir bilik və praktiki bacarıqlara malik peşəkar kadrların hazırlanması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində turizm ixtisasları üzrə dual peşə təhsilinin tətbiqinin nəzərdə tutulması xüsusi önəm kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib. Direktor bildirib ki, dual təhsil modeli tələbələrin yalnız təhsil müəssisəsində nəzəri biliklər əldə etməsini deyil, eyni zamanda, təhsil müddətində real iş mühitində praktiki bacarıqlar qazanmasını təmin edir: “Azərbaycanda ilk dəfə 2015-ci ildən pilot layihə kimi məhz turizm-xidmət sektorunda üç ixtisasla başlayan bu təcrübə artıq milli təhsil sisteminin institusional tərkib hissəsinə çevrilib. Bu model tələbələrin həm təhsil müddətində peşə bacarıqlarına yiyələnməsinə, həm də əmək bazarına inteqrasiyasına mühüm təsir göstərir. Biz əsasən Böyük Britaniya və Almaniya modelləri əsasında fəaliyyət göstərir, eyni zamanda, bir sıra Avropa, Skandinaviya və Baltikyanı ölkələrin təcrübəsini öyrənərək beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif elementləri tətbiq edirik”.

İlqar Bayramlının sözlərinə görə, dual modelin əsas üstünlüyü təhsil müəssisəsi ilə işəgötürən arasında birbaşa əməkdaşlığın qurulmasıdır. Xüsusilə praktiki bacarıqların, canlı ünsiyyətin, qonaqpərvərlik etikasının və xidmət keyfiyyətinin ön planda olduğu turizm sektorunda bu model xüsusi əhəmiyyət daşıyır. Tələbələr nəzəri bilikləri təhsil müəssisəsində mənimsədikdən sonra hotel, restoran və turizm agentliklərində real iş mühitinə inteqrasiya olunurlar. “Dual tədris qrafikinə əsasən, tələbələr ilk yarımildə həftənin üç gününü nəzəri dərslərə, iki gününü praktiki təlimə ayırır. İkinci yarımildə praktikanın payı daha da artır. Tədris ilinin sonuna doğru – aprel ayından etibarən tələbələr həftənin beş günü tam şəkildə işəgötürənlərin nəzdində real iş prosesinə cəlb olunurlar. Bu, gənclərin erkən yaşdan turizm mühitinə inteqrasiyasını, təcrübəli mentorların nəzarəti altında peşə etikasına və beynəlxalq xidmət standartlarına yiyələnməsini təmin edir”, - deyə o əlavə edib.

Direktor diqqətə çatdırıb ki, 2026–2027-ci tədris ili üzrə ümumilikdə 33 peşə təhsili müəssisəsində, 22 regionda və 57 ixtisas üzrə 2560 tələbənin dual peşə təhsilinə cəlb olunması planlaşdırılır. Proqrama 170-dən çox işəgötürənin tərəfdaş qismində qoşulması nəzərdə tutulur. Onun sözlərinə görə, turizm istiqaməti də proqramda xüsusi yer tutur: “2026–2027-ci tədris ili üzrə turizm sahəsində altı ixtisas üzrə ümumilikdə 920 nəfərin dual peşə təhsilinə qəbulunun nəzərdə tutulması planlaşdırılır. Bunlar “Aşpaz”, “hoteldə konsiyerj”, “Qənnadçı-şirniyyatçı”, “Qida və içki üzrə nəzarətçi”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Turizm təşkilatçısı” ixtisaslarıdır. Məqsəd yalnız tələbə qəbulunu artırmaq deyil, həm də işəgötürənlərin real kadr ehtiyaclarını nəzərə alaraq iş yerində təcrübəyə cəlb ediləcək ixtisasların əhatəsini davamlı təkmilləşdirməkdir”.

Agentliyin direktoru qeyd edib ki, turizm sahəsində dual peşə təhsili proqramları aparıcı turizm brendlərinin və işəgötürənlərin rəy və təklifləri əsasında beynəlxalq standartlara uyğunlaşdırılır. O, peşə təhsilialanların “WorldSkills International” peşə olimpiadası çərçivəsində, xüsusilə “aşpaz” və “qənnadçı-şirniyyatçı” ixtisasları üzrə uğurlu nəticələr əldə etdiyini bildirib.

İlqar Bayramlı qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində mehmanxana şəbəkələri, restoranlar və turizm agentlikləri ilə uzunmüddətli əməkdaşlıq genişləndirilir. Hazırda 2026–2027-ci tədris ili üzrə dual qruplara tələbə qəbulu və müsahibə mərhələsi davam edir. Müsahibələr peşə təhsili müəssisələrinin və işəgötürən tərəfdaşların nümayəndələrinin birgə iştirakı ilə şəffaflıq prinsipi əsasında təşkil olunur. Namizədlərin seçimində ixtisasa maraq, motivasiya və şəxsi keyfiyyətlər əsas meyarlar kimi nəzərə alınır.

“Dövlət Proqramında nəzərdə tutulan tədbirlər peşə təhsili sisteminin əmək bazarı ilə inteqrasiyasını yeni mərhələyə yüksəldir. Dual təhsil modeli bir tərəfdən gənclərə təhsil aldıqları müddətdə real iş təcrübəsi və məşğulluq imkanı qazandırır, digər tərəfdən isə turizm sektorunun tələblərinə cavab verən ixtisaslı kadrlarla təminatını gücləndirir. Bu da ölkəmizdə turizm xidmətlərinin keyfiyyətinin və insan kapitalının beynəlxalq rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə töhfə verəcək”, – deyə Agentliyin direktoru qeyd edib.

Müxbir-Nərmin Muradzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri