Turizmin inkişafı üçün yeni yol xəritəsi
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Cavadxan QASIMOV
Naxçıvan Dövlət Universitetinin dosenti, İqtisad üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiq olunmuşdur. Yeni iqtisadi reallıqlar müstəvisində turizm sahəsində yeni prioritetlərin müəyyən olunması, bu sahədə, müvafiq resurslardan səmərəli istifadənin həyata keçirilməsi, eyni zamanda, milli iqtisadiyyat üçün uzunmüddətli perspektivlərin əlçatan olması olduqca səmərəliliyinə görə seçilməkdədir. Turizm sahəsində yeni və modern infrastruktur təsisatlarının həyata keçirilməsi, onun davamlı islahatlar müstəvisində ölkənin bütün iqtisadi rayonları üzrə təşkilatlanması daha mütərəqqi hesab olunur. Ölkə başçısı tərəfindən milli iqtisadiyyat üzrə strateji Yol Xəritələrinin təsdiq olunması, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin daha effektiv nəticələr üçün icra olunması, regional iqtisadi inkişaf üzrə tənzimləyici tədbirlərin hyata keçirilməsi, bir sözlə, turizmlə bağlı olan digər sahəvi hüquqi mexanizmlərin diqqətdə saxlanılması, turizmin olduqca güclü, dayanıqlı və etibarlı bazasını, dayaqlarını yaratmış, xüsusilə də, regionlarda bu sahədə, güclü potensial formalaşdırmışdır.
Məhz bu sahədə, 20 avqust tarixli Sərəncamın imzalanması, görülən işlərin, həyata keçirilən tədbirlərin və islahatlarla müşayiət olunan tənzimləmələrin sosial, iqtisadi və məntiqi davamı olaraq əlamətdardır. Burada, nəzərdə tutulan tədbirlər bütünlükdə, ölkənin milli iqtisadiyyatı üçün olduqca səmərəlidir. Ümumilikdə, 9 maddədən ibarət olan Dövlət proqramında milli iqtisadiyyatın dayanqlılığı, turizm üçün perspektivliliyi, bu sahədə yaradılmış olan imkanların əhatəliliyinə görə seçilməkdədir. Dövlət proqramı ilə tanış olarkən aydın olur ki, ən mühüm məsələlər içərisində, turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri əsaslandırılır, bu sahənin inkişafı ilə bağlı olan əsas çağırışlar təqdim olunur, ölkənin turizm baxımından əlçatanlığının artırılması sahəsində imkanlar əhatəliliyinə qədər ortaya qoyulur. Dövlət proqramının olduqca mühüm tərəflərini isə turizm bazarlarının şaxələndirilməsi, mövsümilik amilinin təsirlərinin azaldılması, turizm sahəsində kadr potensialının gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsindən ibarət olan məsələlər aktuallığına görə seçilmişdir. Təbii olaraq, bütün bunlar, həm də, milli iqtisadiyyatın yeni prioritetləri çərçivəsində, turizm sahəsində rəqəmsallaşma, həmçinin, dayanıqlı turizmə keçid üçün əsaslandırmalar öz yerini almaqdadır.
Azərbaycan Respublikasının milli itisadiyyatı üzrə sahə strukturunun daha da təkmilləşdirilməsi, iqtisadi rayonlar üzrə yenidən bölgünün həyata keçirilməsi, milli və beynəxlalq iqtisadi istehsal münasibətlərinin koordinasiyalı şəkildə olmaqla həyata keçirilməsi, bütün sahələr kimi, turizm sahəsinin də effektivliyini yüksəltmiş, bu sahədə regionların turizm cəlbediciliyinin artırılmasına zəmin yaranmış və makroiqtisadi inkişafda bu sahənin çəkisi artmışdır. Artıq turizm, ölkənin milli iqtisadiyyatının diversifikasiya olunmasının olduqca mühüm hərəkətverici amillərindən birini təşkil edir və daha güclü perspektivlərin yaradılmasına yol açır. Məhz yeni Dövlət porqramının məqsədi də elə bu sahənin təkmilləşməsi sahəsində sistemli, kompleks və stimullaşdırıcı amillərin varlığını nəzərdə tutur. Dövlət proqramının məqsədləri içərisində, institusional təkmilləşdirmənin, tələbin və təklifin təşviqinin, xidmət keyfiyyətinin və turist məmnuniyyətinin artırılmasının və qərar qəbuletmənin təkmilləşdirilməsinin olduqca aktual və strateji məsələlər içərisində yer aldığını qeyd etmək olar. Bütün bunlardan bir daha görünür ki, turizm sahəsində:
- daha çevik və işlək tənzimləmələrin həyata keçirilməsi;
- əlçatanlıq səviyyəsinin yüksəldilməsi;
- resurslardan daha məhsuldar istifadənin təmin olunması;
- rəqəmsallaşma proseslərinin əhatəsinin daha da şaxələndirilmiş olması;
- keyfiyyətli xidmətlərin göstərilməsi;
- innovasiyalaşma proseslərinin şaxələndirilməsi;
- kadr hazırlığı proseslərinin daha effektiv şəkildə həyata keçirilməsi;
- dövlət özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi məsələlərinə sistemli yanaşma qarşıdakı illər üzrə daha dinamik prioritet hesab olunacaq.
Dövlət proqramının olduqca mühüm iqtisadi əhəmiyyəti içərisində, turizm sahəsində yeni tənzimləmə çərçivələrinin yaradılmasından ibarət olan tədbirlərin də mühüm əhəmiyətini qeyd etmək olar. Bu sahədə, iqlim dəyişikliyi ilə mübarizəni də dəstəkləyəcək dayanıqlı turizm və "Turizm kəndi" konsepsiyası üzrə yeni tənzimləyici çərçivənin yaradılması aktual hesab olunur. Nəzərdə tutulan hədəflərin əlçatan olması məqsədilə isə, "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi bazanın yaradılması son dərəcə zəruri amil kimi qəbul olunur. Mühüm nəticə olaraq isə, "Turizm kəndləri"ndə turizm fəaliyyətinin təşkilinin dəstəklənməsindən ibarət olan etibarlı, zəruri və dayanıqlı infrastruktur təsisatlarının yaradılması çox mühüm meyar kimi əsaslandırılır. Bu, xüsusilə, turizm potensialı olan kəndlərdə daha məqədəuyğun hesab olunur.
Olduqca əlamətdar hal ondan ibarətdir ki, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu proseslər nəzərdə tutulmuşdur. Məlumdur ki, 11 avqust tarixində müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva muxtar respublikaya növbəti tarixi səfər etdilər. Burada, bir çox istiqamətlər üçün, eyni zamanda, bundan sonrakı davamlı makroiqtisadi inkişafa təkan olacaq sahələrin də perspektivlərini təmin etdilər. Bu sahələrdən biri də, turizm əhəmiyyətli tədbirlərin həyata keçirilməsindən ibarət olmaqdadır. Məhz Dövlət proqramında da, bu sahədə muxtar respublikanın həm makroiqtisadi inkişafı üçün, həm davamlı isahatlar zəminində, həm də milli iqtisadiyyata inteqrasiya olunma proseslərində daha da səmərəli hesab olunacaq tədbirlər nəzərdə tutulmuşdur. Regionlarda turizm səfərlərinin təşviq olunması məqsədilə görüləcək işlərin əsaslandırmaları aparılmış və bu sahədə, Naxçıvan Muxtar Respublikası üçün də müvafiq təşkilatlanmalar təsbit olunmuşdur. Çox mühüm iqtisadi səmərəsi olacaq tədbirlərin tərkib hissəsi kimi əhəmiyyətli olacaq tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi məqsədyönlü hesab olunur və bu, muxtar respublikanın bütün kəndlərinin daha çevik proseslərə qoşulmasını hədəfləyir. Dövlət proqramının ölkənin regional və milli iqtisadi inkişaf üçün perspektivləri olduqca yüksəkdir, şaxəlidir və diversifikasiyayönümlüdür. Nəticə etibarı ilə, Dövlət proqramının icra olunması nəticəsində turizm sahəsində regionlar üzrə əlçatanlığın artması, sərnişindaşıma xidmətlərinin təkmilləşdirilməsi, hava nəqliyyatı ilə Naxçıvan Muxtar Respublikasına turist səfərlərinin təşkili şəraitinin inkişaf etdirilməsindən ibarət olan hədəflər daha da real olacaq.
Naxçıvan Muxtar Respublikasının dayanıqlı, perspektivli və yeni iqtisadi reallıqlara xas olan inkişafı sahəsində 8-ci bəndində Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər planında da olduqca mühüm tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Regionlara turist səfərlərinin təşviq olunması sahəsindəki tədbirlər (8.3.2.) çərçivəsində 8.3.2.2-ci bənddə Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu da, 2026-2028-ci illər ərzində reallaşmış olacaq. Tədbirlər planının nəticə indikatorları kimi, turoperatorlar tərəfindən Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə qeyri-müntəzəm (çarter) uçuşlarının həyata keçirilməsi şərtlərinin müəyyən olunması və eyni zamanda, turoperatorlara turizm zərfinin satışı şərtilə Bakı-Naxçıvan-Bakı reysi üzrə biletlərin sifarişini təmin edən satış modelinin hazırlanması daha effektiv hesab olunur. Yekun nəticələr olaraq isə, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkil olunması şərtlərinin asanlaşdırılması məsələlərinə məhsuldar nəticələr kimi diqqət göstərilir.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illəri əhatə edən Dövlət proqramında da 4.1.5. Prioritet 5. Turizmin inkişafından ibarət olan prioritetin də müyyən olunması da, bu proseslərin daha təkmil tərəflərini özündə birləşdirməkdə, ərazinin müasir iqtisadi tələblər çərçivəsində perspektivlərinin daha da güclənməsinə əsaslı zəmin yaratmaqdadır.
Ölkədə sənayeləşmə siyasətinin təminatqabiliyyətliliyinin, etibarlılığının uzunmüddətliliyinin, əhatəliliyinin və perspektivliliyinin təmin olunması, onun milli iqtisadiyyat üçün əhəmiyyətliliyinin gücləndirilməsi, yeni prioritetlərin əlçatan olmasına istiqamətləndirilməsi və bir çox məsələlər turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının səmərəli icra olunması müddətində daha dinamik xarakterə malik olacaq. Bu sahədə, hədəf turizm bazarlarında təbliğatın genişləndirilməsi, turizm sənayesinin brendləşməsinə dəstək verilməsi, təbiət və aktiv turizm növü üzrə turizm məhsullarının yaradılması və inkişaf etdirilməsi, mədəni turizm növü üzrə turizm məhsullarının yaradılması və inkişaf etdirilməsi, sağlamlıq turizminin inkişaf etdirilməsi, qastronomiya turizminin inkişaf etdirilməsi, turizm innovasiya ekosisteminin formalaşdırılması, turizm sahəsi ilə bağlı tədqiqatların, araşdırmaların aparılması və dəstəklənməsi, turizm sahəsində kadr hazırlığı həyata keçirən təhsil müəssisələrinin infrastruktur bazasının yaxşılaşdırılması və s. kimi tədbirlər güclü baza yaratmış olacaq.
Burada, kadr hazırlığı sahəsində onu qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetində "Turizm işinin təşkili" ixtisasında Azərbaycan dilində kadr və mütəxəssis hazırlığı uğurla həyata keçirilirdi. 2026-2027-ci tədris ilindən başlayaraq isə həmin ixtisasda tədrisi ingilis dilində eyni proseslərə davam olunacaq. Qarşıdakı dövrlər üzrə Naxçıvan Muxtar Respublikasının bu sahədəki potensialı, etibarlı, cəlbedici və modern turizm infrastrukturunun yaradılmasına daha mühüm göstərici olacaq.
Beləliklə, Azərbaycan Respublikasının milli iqtisadiyyatının şaxələndirilməsi, diversifikasiya olunması və dünya iqtisadiyyatına daha dolğun əsaslarla inteqrasiya olunması sahəsində növbəti zəruri mərhələnin əsasları müəyyən edilmiş oldu. Bu, həm də, ölkənin bütün regonları üzrə turistlərin mobilliyinin güclənməsinə, turizm gəlirlərinin artmasına, bu sahədəki infrastrukturun daha da təkmilləşməsinə, nəticə etibarı ilə isə istehsal və xidmət sahələrinin dinamik inkişaf etməsinə səbəb olacaq. 2026-2030-cu illər ərzində turizmin inkişafı sahəsində formalaşacaq olan potensial uzunmüddətli makroiqtisadi inkişafa etibarlı dayaq kimi olduqca mühüm əhəmiyyətə malik olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 26 Avqust 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















