Icma.az
close
up
RU
Türk Birliyi coğrafiyası formalaşıb, indi hərbi güc olmalıdır

Türk Birliyi coğrafiyası formalaşıb, indi hərbi güc olmalıdır

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü mühüm nəticələr və təkliflərlə yadda qaldı. Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illik yubileyinin növbəti il TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təklifi xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlyas Hüseynov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü şərh edərkən deyib.

Politoloq əlavə edib ki, Zirvə Görüşündə Prezident İlham Əliyev tərəfindən səsləndirilən digər vacib məsələlərdən biri də təşkilata üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi olub. Bu, həm hərbi təhlükəsizlik, həm də müdafiə sənayesi sahələrini əhatə edir:

“Bu günə qədər ikitərəfli və çoxtərəfli müstəvidə TDT-yə üzv ölkələrin hərbi təlimləri keçirilib və Azərbaycan-Türkiyə birliyi buna ən bariz nümunədir. Bizim onlarla hərbi təlimimiz, təlim-məşq toplantılarımız baş tutub. Lakin genişmiqyaslı TDT üzvlərinin birgə hərbi təlimlərinin keçirilməsi təklifi hazırkı gərgin və həssas zamanda xüsusilə vacibdir”.

İlyas Hüseynov qeyd edib ki, türk coğrafiyasında bu gün bir sıra mühüm layihələr həyata keçirilməkdədir və bu coğrafiya “könül coğrafiyası” kimi qiymətləndirilir:

“Bu meqalayihələrin təhlükəsizliyini təmin etmək üçün bizim birgə silahlı qüvvələrə ehtiyacımız var. Bu ehtiyacdan doğan səbəblərə əsaslanaraq prezidentin irəli sürdüyü hərbi təlimlərin keçirilməsi təklifi yüksək dəyərə malikdir”.

Politoloqun fikrincə, bu cür hərbi təlimlər yalnız təhlükələrə qarşı müdafiə xarakteri daşımır, eyni zamanda türk dövlətləri arasında birliyi gücləndirir, ortaq dəyərlərin dərinləşməsinə və gələcəkdə hərbi birlik qurmaq imkanlarının formalaşmasına şərait yaradır:

“Hesab edirəm ki, bu təlimlər baş tutsa, bu, TDT-nin hərbi yöndən transformasiyasına gətirib çıxaracaq. Təşkilatın hərbi komponentinin mövcudluğu üçün zəruri potensialı formalaşdıracaq. Düşünürəm ki, bu təlimlərin keçirilməsi mütləq önəmlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Oktyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri