Icma.az
close
up
RU
Türk iqtisadi birliyi yeni qlobal güc mərkəzi

Türk iqtisadi birliyi yeni qlobal güc mərkəzi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

TDT ölkələrin ÜDM-i 594 milyard dollara çatıb

Qlobal qeyri-müəyyənlik fonunda Türk Dövlətləri Təşkilatı (TDT) güclü iqtisadi fəaliyyət, ticarət və investisiya performansı ilə dünya iqtisadiyyatının artım tempini üstələyib. TDT-nin üzv və müşahidəçi dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) – birgə ÜDM həcmini 593,8 milyard dollara çatdıraraq qlobal iqtisadiyyatın 2,1 faizini təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin birinci rübünə dair buraxılışında daha sonra qeyd olunub ki, orta hesabla 5,04 faiz iqtisadi artım qeydə alan türk dövlətləri Dünya Bankının 2025-ci il üçün hesabladığı 2,3 faizlik qlobal orta göstəricini iki dəfə üstələyib. Qırğızıstan 13,1 faiz, Özbəkistan 6,8 faiz, ŞKTR 6,4 faiz, Türkmənistan 6,3 faiz, Qazaxıstan 5,6 faiz artım nümayiş etdirib, Türkiyə və Azərbaycanda isə müvafiq olaraq 2 faiz və 0,3 faiz səviyyəsində artım qeydə alınıb. Macarıstanda isə ÜDM-də cüzi azalma (-0,2 faiz) müşahidə olunub.

Ticarət sahəsində də güclü göstəricilər qeydə alınıb: TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 369,3 milyard dollara çataraq qlobal ticarətin 4,4 faizini təşkil edib. Başqa sözlə, bu göstərici TDT ölkələrinin qlobal ÜDM-dəki payından ikiqat çox olub. Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanda ixracın artması müşahidə edilib. Xüsusilə Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə yük axınlarında davamlı artıma nail olub.

Məlumatda sektorlar üzrə göstəricilər də diqqətə çatdırılıb. Qırğızıstanın kənd təsərrüfatı istehsalı 17 faiz artıb ki, bu da suvarma infrastrukturunun genişləndirilməsi və subsidiyalar hesabına gerçəkləşib. Özbəkistanda ərzaq məhsullarının istehsalı 7,4 faiz artıb, aqro – ixrac genişlənib. Qazaxıstan taxıl ixracını 22 faiz artıraraq Çin və Türkiyə ilə ərzaq təhlükəsizliyi əməkdaşlığını gücləndirib. 

Sənaye sahəsində Türkiyədə artım əsasən avtomobil və maşınqayırma sektorlarında baş verib. Özbəkistanda yüngül sənaye və tekstil sektorunda ikirəqəmli artım qeydə alınıb, bu artıma re-eksport fəaliyyəti və xarici investisiyalar töhfə verib. Azərbaycanda qeyri-neft sənayesi 4,1 faiz artaraq emal sənayesi və tikinti materialları üzrə inkişafla nəzərə çarpıb. Nəqliyyat və logistika sahəsində də irəliləyişlər diqqət çəkib, Bakı Limanı Orta Dəhliz üzrə konteyner axınını əhəmiyyətli dərəcədə artırıb, Özbəkistan isə yeni multimodal logistika mərkəzi istifadəyə verib.

Rəqəmsal transformasiya sahəsində də irəliləyişlər müşahidə edilib. Özbəkistan İKT islahatlarını sürətləndirib, Qırğızıstan isə əsas şəhərlərdə “Safe City” sistemlərini pilot mərhələdə tətbiq edib.

Hesabat dövründə Qazaxıstan 7 milyard dollardan çox xarici investisiya cəlb edib, Türkiyə və Özbəkistan isə sənaye və rəqəmsal sahələrdə əsas investisiya istiqamətləri olaraq qalıb. Qırğızıstan sabit kapitala qoyulan investisiyalarda 90 faizə yaxın artım göstərib, ŞKTR-də bank vəsaitləri 43 faiz artıb. Qazaxıstanın bank sektorunun aktivləri isə 17 faiz yüksəlib.

Yaşıl və rəqəmsal keçid sahəsində də mühüm addımlar atılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində razılaşdırılmış Xəzər – Qara Dəniz – Avropa Yaşıl Enerji Dəhlizi üzrə irəliləyişə nail olub. Özbəkistan isə 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bərpa olunan mənbələrdən təmin etməyi qarşısına məqsəd qoyub. Bişkek 2025-ci il üçün “Rəqəmsal Paytaxt” elan edilib. 

Bütövlükdə, Türk dövlətləri strateji dəhlizlər, yüksək ticarət intensivliyi və investisiya dinamikası ilə iqtisadi dayanıqlıq, artan inteqrasiya və qlobal dəyər zəncirlərində rolunu artırır. “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində region dayanıqlı inkişaf, ticarət əlaqələrinin gücləndirilməsi və Avrasiya üzrə birləşdirici rolu artırmaq istiqamətində sadiqliyini nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri