Icma.az
close
up
RU
Türk dövlətləri həmrəyliyi və əməkdaşlığı daha da gücləndirəcək MÜNASİBƏT BİLDİRİLDİ

Türk dövlətləri həmrəyliyi və əməkdaşlığı daha da gücləndirəcək MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin Macarıstana səfəri bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqlədi". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, Azərbaycan və Macarıstan dost ölkə, strateji tərəfdaşdır: "Keçirilən görüşlərdə də aydın oldu ki, bir çox məsələlər üzrə Bakı ilə Budapeştin mövqeyi üst-üstə düşür. İkitərəfli gündəlik də kifayət qədər genişdir. Energetika sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan şirkətləri Azərbaycanın neft və qaz layihəsində pay sahibidir. Liderlər həmçinin gələn ilin əvvəlində imzalanacaq növbəti kontrakt ətrafında da fikir mübadiləsi apardılar. Tərəflər eyni zamanda yaşıl enerji üzrə əməkdaşlıq üzərində də fəal işləyir. Macarıstanın Baş naziri Viktor Orban öz növbəsində Azərbaycanı “dar günün dostu” adlandırdı. Bu da təsadüfi deyil. Cənab Orban bəyan etdi ki, “artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub".

Qeyd etmək lazımdır ki, Macarıstan da bu dəstəyə cavab olaraq, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarına zidd qərarlara qarşı çıxıb.

Cənab Prezident də öz növbəsində Viktor Orban haqqında müsbət fikirlər səsləndirdi. Macarıstanın timsalında Avropa İttifaqına daxil olan ölkənin öz milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq adlandırdı. Doğrudan da Macarıstan Avropa İttifaqı məkanında öz maraqlarını müdafiə edən, kənar qüvvələrin macar cəmiyyətinə dağıdıcı təsir cəhdlərini qətiyyətlə neytrallaşdırmağı bacarıb.

Bu gün Macarıstanda milli dəyərlərin, ailə dəyərlərinin qorunması, neqativ təsirlərin qarşısının alınması Viktor Orbanın siyasəti sayəsində mümkündür. Viktor Orbanın prinsipiallığı, mövqeyindən geri çəkilməməsi, Aİ daxilində öz müstəqil siyasətini həyata keçirməsi nümunədir.

Yeri gəlmişkən, tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı Macarıstanda keçirildi. Macarıstan təşkilatın tamhüquqlu üzvü olmasa da, müşahidəçidir. Viktor Orban bəyan etdi ki, rəsmi Budapeşt ev sahibi kimi beynəlxalq diplomatiyada vəziyyətin gündən-günə dəyişdiyi, təhlükələrin və çağırışların artdığı bir vaxtda dost ölkələrin bir araya gələrək beynəlxalq münasibətləri müzakirə etməsindən məmnundur. Hesab edirəm ki, Budapeşt zirvəsi TDT üçün vacib əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi və veriləcək vacib qərarlarla yadda qaldı.

Budapeşt görüşündə də əsas diqqət Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət, logistika marşrutlarının inkişafı və iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərinə yönəldi. Macarıstanın Türk Dövlətləri Təşkilatındakı rolu spesifik xarakter daşıyır. Bundan əlavə, məlumdur ki, Macarıstan təşkilata müşahidəçi statusu ilə olsa da qoşulan ilk və hələlik yeganə Aİ ölkəsidir.

Macarıstan şərqə açılma siyasətini inkişaf etdirir və Avropa İttifaqı ilə türk dünyası arasında əlaqə rolunu gücləndirməyə çalışır. Ona görə də sammitin Macarıstan platformasında keçirilməsi bu ölkənin Mərkəzi Asiya ölkələri və digər türk dövlətləri ilə dialoqun dərinləşdirilməsində, qarşılıqlı fəaliyyət üçün strateji formatın yaradılmasında maraqlı olduğunu təsdiqləyir".

"Üzv dövlətlər bir daha regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid yaradan bütün faktorlarla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini təsdiqlədilər.

Yeri gəlmişkən, Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər Budapeşt bəyannaməsində də təqdir olunur. TDT üzv ölkələri region boyu yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyini qeyd ediblər" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 May 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri