Türk dövlətləri həmrəyliyi gücləndirəcək
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyin möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ kimi tarixə düşəcək.
"Cebheinfo.az" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov iyunun 19-da Bakıda keçirilən TDT ölkələrinin Məhkəmə Şuraların Sədrlərinin üçüncü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsi, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliği çox önəmlidir:
"Bu səfərlər ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və mədəni əlaqələrin inkişaf istiqamətində yeni üfüqlər açacaq. Türk dövlətlərini birləşdirən dərin tarixi köklər və ortaq hüquq-mədəni irs bu gün də əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Əsrlər boyu bu xalqlar arasında formalaşan ədalət və dövlətçilik ənənələri bizi vahid dəyərlər ətrafında birləşdirir".
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















