Icma.az
close
up
RU
Türk dövlətləri ilə birgə ümumi bir seysmakustik şəbəkə qurula bilər AZƏRTAC

Türk dövlətləri ilə birgə ümumi bir seysmakustik şəbəkə qurula bilər AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının institutları Elm və Təhsil Nazirliyinə verildi. Bu qərarın əsas məqsədi elmi fəaliyyətin tədrislə birləşdirilməsidir və bu, olduqca aktual bir məsələdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev bildirib.

“İdarəetmə Sistemləri İnstitutu ilə AzMİU arasında uzun illərdən bəri sıx əlaqələr mövcuddur. Demək olar ki, biz birgə iki istiqamətdə elmi fəaliyyət göstəririk. Gələcəkdə bu əlaqələri daha da möhkəmləndirməyi və yeni layihələr üzərində birgə çalışmağı planlaşdırırıq. Artıq iki böyük layihə üzərində işə başlamışıq.

Birinci layihə seysmakustik stansiyalar şəbəkəsinin yaradılmasıdır. Bu şəbəkə vasitəsilə eksperimentlərin aparılması və tələbələrin də bu sahədə praktik fəaliyyət göstərməsi mümkün olacaq. Bundan əlavə, türk dövlətləri ilə birgə ümumi bir seysmakustik şəbəkə qurmaq mümkün olacaq. Bu şəbəkə bizə seysmik proqnoz yox, seysmik xəbərdarlıq almaq imkanı verəcək. Layihə AzMİU-nun tanınmış professoru, nüfuzlu seysmologiya mütəxəssisi Azər Qasımzadə ilə birlikdə yerinə yetiriləcək və biz bu istiqamətdən çox əhəmiyyətli müsbət nəticələr gözləyirik”, - deyə akademik əlavə edib.

Onun sözlərinə görə, Şərq-Qərb Nəqliyyat Dəhlizi ilə bağlı olan ikinci böyük layihə qatarların təhlükəsizlik səviyyəsini artırmaq məqsədi daşıyır: “Layihə çərçivəsində “Növbədənkənar nəzarət tələb edən dəmiryol sahələrini müəyyənləşdirən intellektual sistem”in yaradılmasını planlaşdırmışıq. Bu istiqamətdə işlər aparılır. Layihənin beynəlxalq maliyyə dəstəyi ilə həyata keçirilməsini təşkil etmək üçün Polşa, Özbəkistan və Gürcüstan alimləri ilə birgə əməkdaşlıq edəcəyik.

Bu iki layihəni AzMİU İdarəetmə Sistemləri İnstitutu ilə birgə həyata keçirir. Həm elmi, həm də praktik baxımdan çox böyük perspektivlər vəd edir və universitetimizin səviyyəsini və imkanlarını göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri