Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

COP29da türk dövlətləri QHTlərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib AZƏRTAC

COP29da türk dövlətləri QHTlərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 noyabr, AZƏRTAC

COP29 çərçivəsində noyabrın 18-də Yaşıl zonada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik 8 ölkədən olan QHT-lərin birgə iqlim təşəbbüslərinə dair forum keçirib.

AZƏRTAC xəbər verir ki, insan kapitalına dair “Türk ölkələrinin iqlim təşəbbüsü Forumu” Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub. Foruma Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olan vətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr qatılıblar.

Tədbirdə çıxış edən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, türk dövlətlərinin birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığını gücləndirmək tədbirin əsas müzakirə mövzularından biridir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında son dövrlər Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsində olduğunu deyib. Qeyd olunub ki, bu gün türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir. Tarixdən gələn bir sıra bağlılıqlar və vətəndaş cəmiyyətlərinin qarşılıqlı əməkdaşlığı ölkələri daha da birləşdirir. COP29-un insan kapitalına həsr edilmiş tematik günündə türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun keçirilməsi çox önəmlidir. Bu baxımdan, türk coğrafiyasının uzunmüddətli inkişafına yalnız insan kapitalının gücləndirilməsi vasitəsilə nail olmaq və regionun üzləşdiyi ekoloji təhdidlərlə birgə mübarizə aparmaq olar.

Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini Ramil Həsən qeyd edib ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin QHT-ləri COP29 çərçivəsində həyata keçirilən proseslərdə fəal iştirak edirlər.

Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva da dünyada baş verən qlobal iqlim dəyişmələrinin mənfi təsirləri və yaratdığı təhdidlər haqqında danışıb. Ekologiyanın qorunması istiqamətində qanunverici çərçivənin yaradılmasının əhəmiyyətinə toxunan G. Paşayeva əlavə edib ki, qlobal iqlim çağırışlarının həllində hər bir kəsin iştirakı vacibdir.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin Türk dünyası üçün önəmini vurğulayaraq, bu prosesdə QHT-lər çərçivəsində də əməkdaşlığın genişləndirilməsini mühüm hadisə adlandırıb.

Özbəkistan Qeyri-Hökumət Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev Azərbaycanın bütün beynəlxalq normalardan irəli gələn öhdəliklərə riayət etdiyini vurğulayıb. O bildirib ki, COP29-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülən təşəbbüslər Azərbaycan tərəfindən də dəstəklənib. “Ümid edirəm ki, Azərbaycan ilə Özbəkistan arasında bu sahədə həm dövlət, həm də QHT-lər səviyyəsində danışıqlar aparılacaq”, - deyə K.İşanxocayev diqqətə çatdırıb.

Sonra forum panel müzakirələrlə davam edib.

Aqil Camalın moderatorluğu ilə keçirilən “İqlim dəyişmələri və insan kapitalı: türk dövlətlərinin vətəndaş cəmiyyəti təsisatlarının rolu” mövzusunda ilk panel iclasında Şimali Kipr Türk Respublikasının Prezident Administrasiyasının QHT-lərlə iş üzrə məsul nümayəndəsi Latif Akça, Türkiyənin Siyasi, İqtisadi, Sosial Araşdırmalar Mərkəzinin (SETA-nın) təmsilçisi Mustafa Caner, Özbəkistanın “Qadınlar və Qızlar Assosiasiyası”nın sədri Nəsibə Miradilova, özbək ekoloq Bunyod Abdullayev mövzu ətrafında məruzələrlə çıxış ediblər.

“Türk dövlətlərində gənclərin iqlim məsələlərinə cəlbində vətəndaş cəmiyyətinin rolu” mövzusunda ikinci paneldə Türkiyənin “Yeşilay” Cəmiyyətinin sədr müavini Sümeyya Ceylan, Qırğızıstanın Gənclər Parlamenti layihəsini həyata keçirən “Vətəndaş İdeyaları Fondu”nun təsisçisi Elnurə İsabəyova, Türk Dövlətləri Təşkilatının macar nümayəndəliyinin üzvü David Biro, Özbəkistanın Könüllülər Birliyinin rəhbəri Şirin Abidova müxtəlif təqdimatlarla çıxış ediblər.

Türk dövlətlərinindən olan nümayəndələr Azərbaycanı Türk dünyasında ilk dəfə COP tədbirini təşkil etməyə nail olmuş ölkə kimi bir daha təbrik edib, bundan fərəh hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, çox qısa müddətdə yüksək səviyyəli təşkilatçılıq tədbirlərinin görülməsi Azərbaycan dövlətinin qüdrətini növbəti dəfə nümayiş etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri