Türk dövlətləri rəqəmsal iqtisadiyyat platforması yaradacaq
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Türk dövlətləri arasında rəqəmsal iqtisadiyyat platforması yaradılacaq".
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millət vəkili Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
"Hədəfimiz Türk dünyasında rəqəmsal ticarət olmalıdır. Bu günlərdə bu məsələ Astanadakı iclasda danışıldı. Rəqəmsal Tərəfdaşlıq Sazişini imzalamışıq. Azərbaycan, Türkiyə və Özbəkistan parlamentləri onu təsdiqləyib. Digər ölkələrdə də proses davam edir. Bu gün Türkiyədə 3 milyon şirkətin 76 %-i xarici ticarətini manual qaydada, yəni əllə həyata keçirir. Halbuki böyük bazarlara çıxa bilməyimiz üçün bu rəqəmsal platformada şərik ola, mal və xidmətlərimizi həm öz bazarlarımıza, həm də dünya bazarlarına çatdıra bilərik. Bu istiqamətdə Türkiyədə "Farabi Network" adlı bir rəqəmsal platforma qurulub", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















