Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı gücünü və gələcək potensialını ortaya qoydu

Türk Dövlətləri Təşkilatı gücünü və gələcək potensialını ortaya qoydu

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Çox maraqlı səfər oldu. Bu səfərdə bir daha Türk Dövlətləri Birliyinə olan inam və etibar ortaya qoyuldu. Azərbaycan öz strateji xəttini müəyyən etdi. Azərbaycanın strateji xətti Türkiyə ilə birlikdə Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə yüksələn güc olmaqdır. Artıq Azərbaycan lokal, məhəlli gücdən regional gücə çevrilmək üzrədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev Prezident İlham Əliyevin Macarıstana səfərini, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü şərh edərkən bildirdi.

"Bundan əvvəlki Triana səfərində Avropa ölkələrinin rəhbərlərinin Azərbaycan və Türkiyə prezidentlərinə olan yaxınlığı və onlarla münasibət qurmağa çalışması tutduğumuz mövqenin nə qədər düzgün olduğunu göstərir. Eyni zamanda düşünürəm ki, Azərbaycan prezidentinin vasitəçiliyi sayəsində Avropa ilə müqavilə imzalayan Mərkəzi Asiya ölkələri ilə müzakirələr aparılır. Türkiyənin mövqeyi onlara çatdırılıb, narazılıq varsa, bu məsələ də həll olunub. Bu baxımdan da önəmlidir.

Türk Dövlətləri Təşkilatı gücünü və gələcək potensialını ortaya qoydu. Başqa bir məsələ burada Novruz bayramı ilə əlaqəli olub. Novruz bayramı Türk Dövlətləri Təşkilatının ümumi bayramı kimi elan olundu. Düşünürəm ki, bu çox əhəmiyyətli bir faktordur. Novruz bayramının güclü ənənələrlə keçirildiyi ölkələrdən biri də Azərbaycandır", - deyə siyasi şərhçi qeyd etdi.


Turab Rzayevin fikrincə, bu məsələdə Azərbaycanın xüsusi rolu olub.

"Eyni zamanda Avropanın ortasında, Trianadan sonra, Macarıstanda belə bir tədbir keçirmək əslində Azərbaycanın Avropa İttifaqında kifayət qədər müttəfiqinin və tərəfdaşlığının olduğunu göstərir. Avropa İttifaqı ilə, onun rəhbəri ilə Trianada görüntülənən səmimi görüntülərdən sonra Macarıstanda belə tədbirin keçirilməsi əslində Azərbaycanın Avropa İttifaqının bəzi ölkələri ilə çox yaxşı münasibətlərinin olduğunu və gələcəkdə Avropa İttifaqı rəsmiləri və digər ölkələr, xüsusilə Fransa və Almaniya, Azərbaycana qarşı neqativ bir mövqe tutmazsa, Avropa İttifaqı ilə də əməkdaşlığın geniş perspektivli olduğunu görərik.

Bizim Avropa İttifaqı ilə heç bir düşmənçiliyimiz yoxdur. Əməkdaşlığa hazır olduğumuz mesajını verdik və Avropanın özünə göstərdik ki, bizim Avropada yetəri qədər tərəfdaşlarımız var",- deyə politoloq bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri