Türk Dövlətləri Təşkilatı toplanır Azərbaycana hücum masada
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
7 mart 2026-cı il tarixində İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
İclasda Türkiyə və hazırkı sədr Azərbaycan, eləcə də üzv dövlətlər Qazaxıstan, Qırğızıstan və Özbəkistandan nümayəndələr iştirak edəcəklər.
İclasda təşkilat daxilində son inkişafların, qarşıdakı dövr üçün planlaşdırılan addımların müzakirəsi, eləcə də qlobal və regional inkişaflar üzrə hərtərəfli məsləhətləşmələrin aparılması gözlənilir.
Hakan Fidanın görüş çərçivəsində həmkarları ilə ikitərəfli görüşləri gözlənilir. Həmçinin bildirilib ki, səfərdə olan nümayəndə heyətlərinin rəhbərlərinin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən kollektiv şəkildə qəbul edilməsi planlaşdırılır.
Fidanın həmçinin ABŞ və İsrailin İran ilə davam edən münaqişələrə, eləcə də üçüncü ölkələri hədəf alan hücumlara son qoyulmasının və diplomatiyaya yol açılmasının vacibliyini vurğulaması gözlənilir.
Ağarza Elçinoğlu
Baxış sayı:139
Bu xəbər 06 Mart 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















