Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının Bişkekdə keçirilən 11-ci sammitində qurumun yeni bayrağı qəbul edilib.
Bayraqda mavi fonda səkkizbucaqlı, ulduzlu aypara və mərkəzdə düz şüaları olan günəş təsvir edilmişdir.
Mavi fon (Pantone 3125C) aydın səmanı, sülhü və firavanlığı simvollaşdırır. Monoxrom fon türk xalqlarının birliyini ifadə edir. Tarixən mavi rəng türk mədəniyyəti və adət-ənənələri ilə bağlıdır ki, bu da onun mədəni əhəmiyyətini daha da artırır.
Səkkizbucaq çoxəsrlik türk dövlətçiliyini təmsil edir, cümhuriyyətin qurulmasını, ortaq türk mədəni irsindən qaynaqlanan sabitliyi, qarşılıqlı əlaqəni və gücü simvollaşdırır. Türk və İslam ənənələrində səkkizbucaq liderlik və müdriklik simvoludur.
Qırx düz şüaları bərabər şəkildə ayrılan günəş işığı, açıqlığı və canlılığı simvollaşdırır. Şüalar türk dünyasının yolunu işıqlandıran, onu daha parlaq və firavan gələcəyə istiqamətləndirən ortaq dəyərləri və ortaq baxışı təmsil edir.
Bütün türk dünyasında tanınan rəmz olan ay-ulduz türk dövlətçiliyini, yüksəlişini, gələcəyə, tərəqqiyə can atmasını simvolizə edir. Bu elementlər Türk dövlətlərinin zəngin ortaq tarixinə əsaslanan Təşkilatın dinamik və gələcəyə baxışlı ruhunu əks etdirir.
TDT bayrağı Türk Dövlətləri Təşkilatının missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin, ortaq irsinin və hərtərəfli əməkdaşlığın əsas rəmzlərini təcəssüm etdirir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















