Icma.az
close
up
RU
Türk dövlətlərinin öz SWIFT i olacaq?

Türk dövlətlərinin öz SWIFT i olacaq?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycanda SWIFT sisteminə alternativ mexanizmin yaradılması istiqamətində işlər aparılır”.

Bunu "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib.

Onun sözlərinə görə, yeni yanaşma Azərbaycan üçün daha sürətli və daha ucuz pul köçürmə imkanları yaradacaq:

"Bununla yanaşı, Azərbaycanın fintex ekosistemi elektron pul (e-money) lisenziyalı şirkətlər üçün müştəri qəbulu (onboarding) və API-lər vasitəsilə beynəlxalq pul köçürmələri sahəsində kifayət qədər inkişaf etmiş imkanlar formalaşdırıb".

E.Abdullayev qeyd edib ki, kriptovalyutalar və IPO-larla (səhmlərin kütləvi təklifi) bağlı da geniş ideyalar mövcuddur:

"Bu təşəbbüslər müştərilərə kriptovalyuta ilə əməliyyat aparmaq imkanı yaradaraq Azərbaycanın kapital bazarına təsir göstərə bilər. Lakin ilk növbədə kriptovalyutalar üzrə KYC (müştərinin tanınması) və AML (çirkli pulların yuyulmasına qarşı mübarizə) mexanizmləri tam şəkildə formalaşdırılmalıdır".

O bildirib ki, texnoloji baxımdan fintex sektoru artıq sığorta texnologiyaları (insurtech) və kapital bazarı üçün həllər təqdim etməyə hazırdır:

"Eyni zamanda, bu sahədə məsuliyyətin də fərqindəyik və texnoloji inkişafı tənzimləmə prosesi ilə paralel aparmağı vacib hesab edirik. Əgər hüquqi boşluqlar mövcuddursa, müvafiq qaydalar və qanunvericilik hazırlanmalıdır".

E. Abdullayev xatırladıb ki, 2023-cü ildə ödəniş xidməti təminatçılarını (PSP) və elektron pul lisenziyalarını tənzimləyən qaydalar qəbul edilib, hazırda isə Mərkəzi Bank kriptovalyuta və virtual aktivlərin tənzimlənməsi üzrə normativ baza üzərində işləyir.

"Biz bu məsuliyyəti dərk edirik və texnologiyanın inkişafı ilə paralel olaraq həm "Sandbox" rejimində sınaqlar aparır, həm də qanunvericiliyin təkmilləşdirilməsi üzərində çalışırıq. Bu proseslər uzlaşmalı şəkildə getməlidir. Vaxt tələb etsə də, əsas məqsəd gələcəkdə dayanıqlı və təhlükəsiz biznes mühitinin formalaşdırılmasıdır", - deyə o əlavə edib.

Bəs SWIFT-ə alternativ sistem beynəlxalq maliyyə münasibətlərində Azərbaycana hansı üstünlükləri qazandıra bilər? Eyni zamanda bu, bankların roluna necə təsir edəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, texniki baxımdan SWIFT sisteminə alternativ mexanizmin yaradılması qlobal SWIFT-i əvəz edəcək bir model deyil:

“Azərbaycan texniki baxımdan SWIFT-ə alternativ yarada bilər. Amma bu, əslində qlobal SWIFT-ə alternativ deyil. Yəni mahiyyət etibarilə SWIFT-ə alternativ odur ki, Azərbaycan SWIFT-dən tam imtina edə bilər və öz yaratdığı ilə bütün prosesləri idarə edə bilər. Geniş anlamda SWIFT-ə alternativ budur.

Məhz regional konteksdə, müəyyən məqsədlərlə infrastruktur yarada bilər. Bu, mümkündür, amma alternativ yaratmaq nədir? Bir növ maliyyə mesajlaşması şəbəkəsini yaratmaqdır. Bu, mümkündür, amma qlobal SWIFT-i əvəz etmək mümkün deyil. Mümkün olan regional tematik SWIFT-ə bir alternativ formatı yaratmaqdır”.

Eldəniz Əmirov qeyd edib ki, regional hesablaşmalar üçün SWIFT-dən asılı olmayan mexanizm mümkündür:

“Bu şəbəkə çərçivəsində, məsələn, türk dövlətləri, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regional kontekstlərdə milli valyutalarla hesablaşmaların aparılması üçün SWIFT-dən asılı olmayan bir sistemin yaradılması mümkündür. Amma birbaşa qlobal SWIFT-ə alternativ olması real görünmür. Bu mexanizmin Azərbaycan üçün üstünlüklərinə gəldikdə, təbii ki, müsbət tərəfləri mövcuddur.

İlk növbədə, bu, texnoloji asılılığı azaldar. Bir növ kiçik ölçüdə bir alternativlik imkanı yaradır. Amma böyük ölçüdə bu, mümkün deyil. Bununla belə, uzaq perspektivdə digər ölkələrin banklarının da bu platformaya qoşulmaq istəyi ola bilər. Bu isə sözügedən platformadan Azərbaycana gəlir imkanlarının formalaşması ilə nəticələnə bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: SWIFT Edqar Abdullayev Eldəniz Əmirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri