Icma.az
close
up
RU
“Türk dünyası” adlı sərginin açılış mərasimi olub

“Türk dünyası” adlı sərginin açılış mərasimi olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Xalq rəssamı Əşrəf Heybətinin “Türk dünyası” adlı sərgisinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova sərgidə yer alan əsərlərin çoxfiqurlu və poetik kompozisiyaları ilə türk xalqlarının ruhunu, ənənələrini və yaşayış tərzini əks etdirdiyini bildirib.

Fondun bu cür layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd edən A.Raimkulova deyib: “Əsərlər türk dünyasının tarixinin və eposlarının görkəmli nümayəndələri – Dədə Qorqud, Şah İsmayıl, Attila və başqalarının obrazlarını canlandırır. Onların rəngarəngliyi və incə işlənmiş detallar ziyarətçilərə türk mədəni irsini fərqli prizmadan tanıdır. Sərgi yalnız incəsənət həvəskarlarını deyil, həm də türk tarixinin, mədəniyyətinin və irsinin dəyərini anlamaq istəyən hər kəsi özünə valeh edir. Məqsədimiz mədəniyyətimizi qorumaq və beynəlxalq arenada təbliğ etməkdir”.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) prezidenti, professor Fuad Məmmədov vurğulayıb ki, bu sərgi bizi birləşdirən möhtəşəm bir rəmzdir.

“Əşrəf Heybəti türk dünyasına dəyərli töhfələr vermiş görkəmli sənətkardır. O, gözəl yaradıcılığı ilə təkcə Azərbaycan mədəniyyətini və incəsənətini deyil, həm də bütün türk xalqlarını dünyaya tanıdır. Rəssamın yaradıcılığı rəngarəng və dərin məna daşıyan türk rəmzləri ilə zəngindir”,- deyə F.Məmmədov əlavə edib.

Sərginin müəllifi Əşrəf Heybəti rəssam kimi missiyasının türk mədəniyyətini dünyada layiqincə təbliğ etmək olduğunu söyləyib.

Əşrəf Heybəti Fondun prezidenti Aktotı Raimkulova tərəfindən zəngin türk mədəni irsini öz əsərlərində yüksək səviyyədə əks etdirdiyinə və “Türk dünyası” sərgisini uğurla təşkil etdiyinə görə təltif olunub.

Xalq rəssamı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna əsərini hədiyyə edib.

Sonda qonaqlar sərgi ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see275

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see222

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see216

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see214

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see211

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see207

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see205

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see204

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see202

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see199

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see198

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see193

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see192

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see186

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri