Icma.az
close
up
RU
Türk dünyası Azərbaycanın azadlıq müharibəsini dəstəklədi

Türk dünyası Azərbaycanın azadlıq müharibəsini dəstəklədi

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1994-cü il tarixli dörd qətnaməsini yerinə yetirərək işğal olunmuş ərazilərini kənardan heç bir yardım olmadan təkbaşına azad etməsindən təxminən beş il sonra əminliklə demək olar ki, bu ədalətli müharibə beynəlxalq hüquq normaları çərçivəsində atılan məcburi və alternativsiz bir addım idi.

Bu sözləri "Xalq Cəbhəsi"nə hüquq elmləri doktoru, professor, Qırğız Respublikasının Əməkdar hüquqşünası, dost ölkənin Azərbaycandakı sabiq səfiri Kayrat Osmonaliyev deyib.

O qeyd edib ki, 2020-ci ilin payızı Qırğızıstanda gərgin keçdi, çünki ölkədə oktyabrın əvvəlində dövlət və hökumət başçısı səviyyəsində siyasi hakimiyyətin dəyişməsi ilə başa çatan parlament seçkiləri baş tutdu. 2020-ci ilin sentyabr ayının sonunda başlayan və 44 gün sonra noyabrda Qələbə ilə başa çatan Qarabağ azadlıq müharibəsi də bu proseslərə təsadüf etdi. Ona görə də həmin dövrdə Qırğızıstanda baş verən daxili siyasi hadisələr ön plana çıxdı və xarici siyasət proseslərini müəyyən qədər kölgədə qoydu.

Qırğızıstanın rəsmi hakimiyyət orqanlarına gəlincə, onlar, necə deyərlər, o zaman gözlənilməz siyasi təlatümlər mərhələsinə qədəm qoymuşdular və öz ölkələrindən kənarda baş verənlərə diqqət yetirməyə vaxtları yox idi. Eyni zamanda, şübhəsiz ki, ictimaiyyət və ekspertlər səviyyəsində qardaş Azərbaycandakı azadlıq müharibəsi diqqət mərkəzində olub. .

Sabiq səfirin sözlərinə görə, 20 min etnik azərbaycanlını birləşdirən Azərbaycan diasporunun fəal dəstəyini xüsusi qeyd etmək lazımdır.

Qırğızıstanın sadə vətəndaşları Qarabağ münaqişəsinin mahiyyətini bilir və qardaş Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirirdilər.

Kayrat Osmonaliyev vurğulayıb ki, hələ 2019-cu ildə Qırğızıstanda “Azərbaycanın Dostları Klubu” yaradıldı, ilk vaxtlar ona sabiq xarici işlər naziri Askar Çingızoviç Aytmatov rəhbərlik etdi: "2020-ci ildə isə onun rəhbəri mən oldum. Biz azadlıq müharibəsi ilə bağlı bütün hadisələri yaxından izləyirdik, Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə fəal əlaqə saxlayır, dəyirmi masalar keçirir, qardaş Azərbaycanı dəstəkləyən bəyanatlar verirdik. Onlar indi də internetdə qalır. Yeri gəlmişkən, hələ 2019-cu ildə, İkinci Qarabağ müharibəsindən əvvəl ADA Universitetində qonaq professor kimi Bakıya səfər etmək imkanım olub və orada Qarabağ münaqişəsinin hüquqi və siyasi aspektləri ilə bağlı araşdırma aparmışam.

Təqdimat zamanı MDB məkanında ən qanlı və uzun sürən bu münaqişədə işğalçı, təcavüzkar və qurbanın kim olduğunu, Azərbaycanın təcavüzü dəf etmək və işğal olunmuş ərazilərini azad etmək hüququna malik olmasını izah etdim.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1994-cü il tarixli dörd qətnaməsini yerinə yetirərək işğal altında olan torpaqlarını kənardan heç bir yardım olmadan təkbaşına azad etməsindən təxminən beş il sonra bu ədalətli azadlıq müharibəsinin beynəlxalq hüquq çərçivəsində məcburi və alternativsiz bir addım olması göz qabağındadır”.

Sabiq diplomat diqqətə çatdırıb ki, ölkələrin mütləq əksəriyyəti, o cümlədən Türk dünyasının bütün dövlətləri Azərbaycanın azadlıq müharibəsini dəstəklədi və onun nəticələrini qəbul etdi.

O, sözlərinə yekun vuraraq deyib: “Azərbaycanın Qələbəsini Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında ən yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirən Azərbaycan xalqının və ordusunun yüksək vətənpərvərlik ruhu müəyyən edib. Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsində çalışmaq və 2023-cü ilin sentyabrında Qarabağ münaqişəsinin son mərhələsinin şahidi olmaq şərəfinə nail olmuşam. Mən Qarabağ müharibəsi iştirakçılarına Azərbaycanda böyük hörmətlə yanaşıldığını, dövlətin və onun rəhbərinin şəhidlərin xatirəsinə, onların ailə üzvlərinə necə qayğı göstərdiyini gördüm. Bu hörmət və qayğı heyranlıq doğurmaya bilməz”.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Fevral 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri