Türkiyə partiyasının lideri: Azərbaycanın müstəqilliyi Türk dünyasının azadlıq məşəlidir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankara, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın müstəqilliyi Türk dünyasının azadlıq məşəlidir.
Bu barədə AZƏRTAC-a Türkiyənin Böyük Birlik Partiyasının (GUP) sədri Mustafa Destici Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə müsahibəsində bildirib.
Siyasətçi “Azərbaycana baha başa gələn müstəqilliyin əsrlər boyu qalacağına” əminliyini ifadə edib.
Mustafa Destici Azərbaycanın müstəqilliyini Türk dünyasına ümid bəxş edən ümumi qürur mənbəyi adlandırıb.
“Azərbaycan üçün əlamətdar olan bu gündə qardaş ölkənin müstəqilliyinə töhfə verən bütün dövlət xadimlərini minnətdarlıq və dualarla xatırlayıram. Şəhidlərin xatirəsini ehtiramla yad edir, qəhrəman Azərbaycan xalqını təbrik edirəm”, - deyə Destici Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın “Bir millət, iki dövlət” kəlamı kontekstində əbədi davam edəcəyini vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















