Icma.az
close
up
RU
Türk dünyası böyük bir ailədir

Türk dünyası böyük bir ailədir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallıqdır. Bu, qloballaşan dünyada türk amili ilə hesablaşmağı zərurətə çevirir. Son illər ərzində türk dövlətləri arasında əməkdaşlıq öz səmərəliliyini sübut etmiş və yeni geosiyasi reallıq kimi vahid Türk dünyasının yaranmasına səbəb olmuşdur. Tarixi qardaşlıq əlaqələri, ortaq dil, mədəniyyət və adət-ənənələrdən ilhamlanan bu fenomen nəhəng Avrasiya materikində mühüm siyasi və iqtisadi nəticələr əldə etməyə imkan verib. Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridə Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsidir. "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir", - deyə Azərbaycan Prezidenti çıxışlarının birində bildirmişdir. Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar və s tarixi hadisə olaraq əhəmiyyət daşıyır.
Bu gün türk dövlətləri özünəməxsus şəkildə inkişaf edən, əhatə dairəsi və miqyası getdikcə genişlənən əməkdaşlığı dəstəkləmək üçün böyük nailiyyətlərə imza atırlar.
Son illərdə türk dövlətləri arasında əməkdaşlıqla bağlı xeyli irəliləyiş və kifayət qədər güclü nailiyyətlər əldə olunub. TDT ölkələri arasında tarixi əlaqələr planlı və davamlı əməkdaşlığa çevrilib. Bir sıra nazirlərin görüşlərinin keçirilməsi ilə müvafiq sahələrlə bağlı əməkdaşlıq gücləndirilib. TDT müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səmərəli mexanizmə malik tamhüquqlu beynəlxalq təşkilat kimi özünü təsdiqləyib.

Aydın hədəflər

"Türk dünyasına baxış 2040" proqramının qəbulu ölkələrin öz aralarında daha açıq, daha sistemli və daha məqsədyönlü əlaqələr vasitəsilə birlikdə daha yaxşı gələcək qurmağa qərar verdikləri tarixi məqamlardan biridir. Bu proqram 2040-cı ilə qədər olan dövr üçün türk dövlətləri arasında əməkdaşlığın strateji istiqamətini formalaşdıracaq aydın hədəflər təqdim edir. Türk dövlətlərindən məhsulların, xidmətlərin, kapitalın və yüksəkixtisaslı işçi qüvvəsinin maneəsiz axınına şərait yaratmaqla və qarşılıqlı asılılığın qaçılmaz olduğu nəqliyyat və enerji kimi həyati əhəmiyyətli sektorlarda əməkdaşlığı intensivləşdirməklə öz iqtisadi zonasını qurması əməkdaşlığı daha da genişləndirir.

Ortaq məsuliyyət, qarşılıqlı etimad və strateji tərəfdaşlıq

"Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanıb. "Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik". – deyə Prezident bildirib.
Bu, davamlı inkişaf üçün dövlətlərarası münasibətlərdə yeni səhifədir. Strateji tərəfdaşlıq Sazişinin imzalanması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlıqda mühüm mərhələdir. Sənəd dövlətlərin enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Bu Saziş Orta Dəhlizin iqtisadiyyatları birləşdirən yaşıl körpü qismində inkişafına töhfə verəcək. Sözü gedən Sazişin ortaq məsuliyyət, qarşılıqlı etimad və strateji tərəfdaşlığın dərk edilməsinin dünyanı yaxşılığa doğru necə dəyişdirdiyinin parlaq nümunəsi olacağı kimi xarakterizə olunur.

"BİZ GƏLƏCƏKDƏ DƏ HƏMİŞƏ BİR YERDƏ OLACAĞIQ VƏ BİR-BİRİMİZİ DƏSTƏKLƏYƏCƏYİK"

Bildiyimiz kimi, üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb.Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksi və s. qeyd etmək olar. Həyata keçirilən layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Azərbaycan Prezidenti çıxışlarının birində "Xüsusilə sevindirici haldır ki, Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik. Əziz dostlarım, qardaşlarım Şavkat Miromonoviçə, Kasım-Jomart Kemeleviçə COP29-da iştirak etdiklərinə və öz iştirakları və dəyərli fikirləri, mesajları ilə tədbirimizi zənginləşdirdiklərinə görə minnətdaram", - deyə bildirib.
Türk dövlətlərinin regionda sabitliyin və sülhün qorunub saxlanılmasında rolu getdikcə artır. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur".

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri