Icma.az
close
up
RU
Türk dünyası daha bir sahədə BİRLƏŞİR

Türk dünyası daha bir sahədə BİRLƏŞİR

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Jurnalistlər Birliyinin yaradılması nəzərdə tutulur.

Bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.

O qeyd edib ki, bu gün təşkilat 55 sahədə fəaliyyət göstərir:

"Azərbaycan Prezidenti İlham Əliyevin "Türk dünyası ailəmizdir, ondan başqa ailəmiz yoxdur" sözləri fəaliyyətimiz üçün yeni bir cığır açıb. Bizim qarşımızda fürsətlərlə yanaşı, texnologiyanın inkişafı ilə əlaqədar təhdidlər də yaranıb, bunlar yalan xəbərlərdir. Son illər biz TDT çərçivəsində dezinformasiya ilə mübarizə yolunda müfəssəl əməkdaşlığa nail olmuşuq. Bu, KİV-lər, telekanallar arasında əlaqələndirmə qrupunun yaradılmasından ibarətdir".

Ö.Kocaman əlavə edib ki, TDT-nin görünüşü yenilənib:

"2025-2027-ci illərə nəzər saldıqda biz məlumat və xəbərlər mübadiləsi sahəsində əlaqələndirici mərkəz kimi çıxış edəcəyik. Hazırda bizim üçün əsas məsələlərdən biri TDT çərçivəsində Jurnalistlər Birliyinin yaradılmasıdır".

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə bildirib ki, Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır. 

O qeyd edib ki, tədbirdə iştirak Türk dünyasının media əməkdaşlığının gücləndirilməsinə xidmət edir:

"Azərbaycan Prezidentinin rəhbərliyi ilə media sahəsində inkişafa xüsusi diqqət göstəririk. Bu il Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olundu. Media sahəsində xidmətlərinə görə bir sıra jurnalistlər təltif olunublar. Azərbaycan hər il Şuşa Media Forumunu həyata keçirir. 

Dövlət başçısının iştirakı ilə keçirilən bu tədbirdə Türk dövlətləri də aktiv iştirak edirlər. Həmçinin, hər il dekabr ayında "Media savadlılığı" layihəsi həyata keçirilir ki, bu da jurnalistlərin, media mütəxəssislərinin tənqidi düşüncəsinə, inkişafına mühüm töhfə verir".

Ə.İsmayılov əlavə edib ki, Azərbaycan TDT-ni təkcə iqtisadi-siyasi təşkilat kimi yox, həm də dezinformasiya, hibrid informasiya təhdidləri ilə mübarizə platforması kimi görür.

"İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk. 2025-ci ildə Azərbaycanın digər Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı olduqca dərinləşib", - o qeyd edib. Ümumiyyətlə, Bakıda keçirilən bu tədbir digər sahələrdə olduğu kimi, media sahəsində də əməkdaşlıq imkanlarının artırılmasına xidmət edir. 

"Cebheinfo.az"-a açıqlamasında teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində media əməkdaşlığı inteqrasiyanı gücləndirir.

 O, bu təşəbbüsü yüksək qiymətləndirib:

"Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində atılan hər bir addım üzv ölkələrin bir-birinə yaxınlaşmasına, inteqrasiya prosesinin dərinləşməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və ümumi inkişafına müsbət təsir göstərir. Xüsusilə media sahəsində əməkdaşlıq və bu istiqamətdə institusionallaşma prosesinin aparılması olduqca vacib və zəruri addımdır. Biz bu addımı təqdir edirik".

Professorun sözlərinə görə, bu birliyin yaradılması jurnalistlərin həm mədəni, həm də ictimai inteqrasiyanı gücləndirəcək:

"Yazıçıların, jurnalistlərin və müxtəlif sənət adamlarının bir yerdə olması, əməkdaşlığı həm dövlətlərin və xalqların bir-birini daha yaxşı tanımasına töhfə verəcək, həm də ümumi proseslərin tənzimlənməsində çox əhəmiyyətli rol oynayacaq".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Türk Dövlətləri Təşkilatı Qulu Məhərrəmli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri