Icma.az
close
up
RU
Türk dünyası gənc yazarları Bakıda görüşdü FOTO

Türk dünyası gənc yazarları Bakıda görüşdü FOTO

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı” adlı layihə çərçivəsində Türk dünyasından Azərbaycana gəlmiş yazarların iştirakı ilə Bakı şəhərində tədbir keçirilib.

Sabir Ocağında baş tutan tədbirdə Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafı, gənclərin üzərinə düşən vəzifələr, bu günə qədər görülmüş və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Tədbiri Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı açaraq qonaqları salamlayıb. Tədbirin baş tutmasını əlamətdar hadisə adlandırıb.

Türk dünyası ədəbi-mədəni əlaqələrinin inkişafı yönündə görülən işlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin xüsusi önəm daşıdığını vurğulayıb, yeni nəsil yazarlara tövsiyyələrini çatdırıb. Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar layihənin məqsədi, layihə çərçivəsində çap olunmuş kitab və s. haqqında ətraflı məlumat verib.

Türk dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gəlmiş yazarlar Türkiyə Respublikasının təmsilçisi Ənvər Aykol, Özbəkistan Respublikasının təmsilçiləri Suhrab Ziya, Mohira Eşpoladova, Çuvaşıstan Respublikası təmsilçisi Natalya Gerasimova, Azərbaycan Respublikasından olan yazarlar Yusif Nazim, Ayşən Rəhim, Həsən Kür, Rizvan Fikrətoğlu, Aytən Qurbanova və başqaları çıxış edərək layihənin önəmindən, qardaş xalqlar arasında ədəbi əlaqələrin inkişafında vacibliyindən bəhs ediblər.

Tədbirin sonunda Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xalq şairi Sabir Rüstəmxanlıya təşkilatın 25 illik yubiley medalını təqdim edib. Xatirə fotosu ilə tədbirə yekun vurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri