Icma.az
close
up
RU
Bakıda “Türk Dünyası Dialoqları” paneli keçirilib FOTO

Bakıda “Türk Dünyası Dialoqları” paneli keçirilib FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bu gün Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi tərəfindən Bakıda “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” mövzusunda panel keçirilib.

Redaktor.az xəbər verir ki, panelin açılış nitqini söyləyən Kommunikasiya İdarəsinin sədr müavini Fərhad Pirinççi Bakının türk dünyası üçün daşıdığı misilsiz əhəmiyyətə diqqət çəkərək bildirib:

“Bakı türk dünyası üçün əvəzedilməz bir yerdir. “İkinci Vətən”dən də üstün olan bu məkan, Milli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi, “Bir millət, iki dövlət” ifadəsinin tam qarşılığıdır.”

Pirinççi TDT-nin regional və qlobal miqyasda əsas aktora çevrildiyini bildirərək belə deyib:

“Bu gün gəlib çatdığımız nöqtə potensialın yalnız bir hissəsinin reallaşmasıdır. Əsas məsələ Türk Dövlətləri Təşkilatının “2040 Vizyonu”ndan başlayaraq bu potensialı gələcək prosesdə tam şəkildə reallaşdırmaqdır”.

Videokonfrans vasitəsilə panelə qatılan Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran beynəlxalq sistemin dərinləşən böhranlar, geosiyasi rəqabət, enerji və ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və dezinformasiya kimi çoxşaxəli çağırışlarla üz-üzə olduğunu bildirib.

“Belə bir dövrdə türk dünyasının ortaq düşüncə və güclü həmrəylik içində hərəkət etməsi həm məsuliyyət, həm də zamanın tələbidir” -  o deyib.

Duran Orta Dəhlizdən enerji sektoruna, ticarətdən rəqəmsal iqtisadiyyata, süni intellektdən fəlakətlərin idarə edilməsinə qədər geniş sahələrdə qurulan tərəfdaşlıqların türk dünyasının nəhəng potensialını açıq şəkildə ortaya qoyduğunu vurğulayıb.

Paneldə çıxış edən Türkiyə Prezidentinin müşaviri Seyit Sertçelik isə TDT-nin bugünkü institusional gücünə çatmasından qürur duyduqlarını bildirib.

Milli kimliyi, tarixi və ortaq dəyərləri hədəf alan yanaşmalara baxmayaraq, kimliyin uğurla qorunduğunu vurğulayan Sertçelik deyib:

“Bu gün türk dövlətlərinin bir araya gəlməsi və ortaq tarix və mədəniyyət ətrafında həmrəyliyin daha da güclənməsi təşkilatın gələcəyini göstərir”.

Toplantı boyunca türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi, informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyətlərin genişləndirilməsi, eləcə də qlobal çağırışlara qarşı strateji əlaqələrin gücləndirilməsi istiqamətində mühüm mesajlar verilib.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev isə bildirib ki, bir çox hallarda Azərbaycan-Türkiyə münasibətlərini pozmaq, kölgə altına salmaq istiqamətində dezinformasiyalara əl atılır. Onun sözlərinə görə, bu məsələlərdə diqqətli olmalıyıq.

F.Şəfiyev qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə vasitəçilik missiyasını həyata keçirərkən Türkiyənin mövqeyini və maraqlarını nəzərə alır. Onun sözlərinə görə, Azərbaycan istər  İsrail-Türkiyə münasibətlərində, istərsə də İsrail parlamentində “erməni soyqırımı” məsələsində fəaliyyəti bunun bariz nümunəsidir:

“Ümumiyyətlə, bu çərçivədə əlaqələndirmə məsələsi, o cümlədən xarici siyasət sahəsindəki fikirlər artıq müəyyən çərçivədə, bəzi bəyanatlarda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində məsləhətləşmələr vasitəsilə həyata keçirilir. Əsas məqsəd isə vahid və koordinasiyalı mövqedən çıxış etməkdir. Bu, tamamilə təbii və vacib bir prosesdir. Biz bu fəaliyyətləri təkcə bu platformada deyil, digər müstəvilərdə də genişləndirməyə və davam etdirməyə niyyətliyik".

Mərkəz rəhbəri dezinformasiya ilə mübarizəyə dair yeni yaradılmış "C6" platformasından da (Mərkəzi Asiya + Azərbaycan)​ danışıb. Dediyinə görə, Türkiyənin özünəməxsus coğrafiyası və tarixi əlaqələri var:

“O, Yaxın Şərqdə və Balkanlarda öz fəaliyyətini göstərir, müxtəlif layihələr həyata keçirir. Azərbaycan Türkiyə ilə sıx əlaqədə olduğu üçün Türkiyənin həmin regionlardakı mövcudluğu bizim varlığımızı da daha görünən və sabit edir.

​Bənzər şəkildə, Mərkəzi Asiyada da bizim tarixi, dini və dil bağlılıqlarımız mövcutdur. Türk Dövlətləri Təşkilatı bu istiqamətdə fəal fəaliyyət göstərir. Lakin Mərkəzi Asiya yalnız türk dilli dövlətlərdən ibarət deyil, məsələn, Tacikistan da var. Tacikistan Azərbaycan üçün dost və yaxın ölkədir. "C6" platforması bizə imkan verir ki, bu coğrafiyada tam tərkibdə fəaliyyət göstərək”.

Mərkəz rəhbəri əlavə edib ki, Türkiyənin olmadığı platformalarda Azərbaycan var və Azərbaycan müvafiq şəkildə Türkiyənin də maraqlarını, mövqeyini nəzərə alır, müdafiə edir:

"Bütün bu fəaliyyətlər daha da əlaqələndirilməli, gücləndirilməli və beynəlxalq platformalarda, eləcə də media, dezinformasiya ilə mübarizə və humanitar sahələrdə birgə fəaliyyət davam etdirilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri