Icma.az
close
up
RU
Türk Dünyası ölkələrinin yeni birliyi YARADILDI

Türk Dünyası ölkələrinin yeni birliyi YARADILDI

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

20-24 noyabr 2024-cü il tarixdə Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin Antalyada keçirilən 18-ci Milli Konqresində Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin təsis toplantısı keçirilib. 

Manset.az xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan ürək-damar cərrahiyyəsi üzrə 80-ə yaxın aparıcı mütəxəssis iştirak edib. Toplantıda türk dünyası ölkələri arasında bütün sahələr üzrə inkişaf edən əlaqələrdən söz açılıb, tibb sahəsində əlaqələrin, xüsusilə ürək-damar cərrahiyyəsi üzrə təcrübə mübadiləsinin artırılmasının vacibliyi vurğulanıb, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. 

Toplantıda çıxış edən ölkə nümayəndələri öz ölkələrində ürək-damar cərrahiyyəsi, cərrahi təlim və xəstələrə qulluq sahəsində mövcud olan çatışmazlıqlar barədə məlumat verib, onların aradan qaldırılması istiqamətində yol xəritəsi müəyyən edilib, gələcəkdə həyata keçiriləcək təlimlərin əsası qoyulub.

Yeni yaradılmış Birlik Türk Dünyası ölkələrində ürək-damar cərrahiyyəsi sahəsində davamlı təhsil proqramları həyata keçirmək, bu ölkələrdən olan mütəxəssislərin qarşılıqlı təcrübə proqramlarında iştirakını təmin etmək üçün layihələr hazırlayıb. Layihə çərçivəsində həkimlər, tibb bacıları və perfuzionist mütəxəssislərin İstanbul və Ankarada 7-14 günlük təlim proqramlarında iştirakı planlaşdırılır. Bu layihələrin icrasına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən də dəstək veriləcək. 

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, Prof. Dr. Kamran Musayev Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılmasının Türk Dünyası ölkələri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, elmi və praktiki məlumat mübadiləsinin daha sistemli aparılması üçün əhəmiyyətini yüksək qiymətləndirib, ölkələrimiz arasında inkişaf edən əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib. 

Məlumat üçün bildirək ki, Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılması təşəbbüsü 19-21 may 2023-cü ildə Bakıda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi zamanı "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masada irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 25 Noyabr 2024 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri