Icma.az
close
up
RU
Türk dünyası sığortaçılarının ilk məclisi Şuşada keçirilib

Türk dünyası sığortaçılarının ilk məclisi Şuşada keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 14-də Şuşa şəhərində Türk Dünyası Sığorta Birliyinin I assambleyası öz işinə başlayıb. Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə keçirilən toplantıda Türk dünyası sığortaçıları ilk dəfə geniş tərkibdə bir araya gəliblər.

Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, Şuşa toplantısında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının maliyyə requlyatorları və sığorta assosiasiyaları iştirak ediblər. Assambleya çərçivəsində “Türk dünyası sığorta sənayesində requlyativ yanaşmalar” və “Türk Dünyası Sığorta Birliyi: Qarşıda Duran Hədəflər və Perspektivlər” adlı 2 panel üzrə müzakirə təşkil olunub.

Toplantıda Türk Dövlətləri Təşkilatının rəsmisi Fərid Məmmədov qurumun baş katibi Kubanıçbek Ömüraliyevin tədbir iştirakçılarına müraciətini səsləndirib. Türk dövlətləri arasında daxili ticarətin ümumi dövriyyədəki payının 3 faizdən 7 faizə yüksəldiyini diqqətə çatdıran F.Məmmədov türk dövlətlərinin iqtisadi potensialının sürətlə artdığını bildirib. Qeyd olunub ki, 2024-cü ildə ümumi ÜDM 2,1 trilyon ABŞ dollarını, ümumi ticarət dövriyyəsi isə 1,1 trilyon dolları ötüb, üzv ölkələr arasında daxili ticarət 85 milyard dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirib ki, ölkəmizdə keçirilən assambleya Türk Dövlətləri Təşkilatının birgə əməkdaşlıq prinsiplərinə əsaslanaraq türk dövlətlərinin sığorta bazarlarının yaxınlaşmasına, ortaq inkişafyönümlü məqsədlərə nail olunmasına və qarşıda duran strateji hədəflərin daha effektiv həyata keçirilməsinə öz səmərəli töhfəsini verəcək. Onun sözlərinə görə, toplantıda qəbul olunacaq qərarlar yalnız milli bazarların deyil, bütövlükdə, Türk dünyasının sığorta sektorunun rəqabət qabiliyyətinin artmasına, yeni texnologiyaların tətbiqinə və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edəcək.

O daha sonra bildirib ki, bu ilin I yarısında Azərbaycanın sığorta sektorunun məcmu kapitalı risk kapitalını, təxminən, 2 dəfə üstələyib. Sədr müavininin sözlərinə görə, bu sahədə həyata keçirilən islahatlar inkişaf və dayanıqlılıq göstəricilərinə də müsbət təsir edib: “Son bir ildə sektorun aktivləri 12 faiz artaraq 2,1 milyard manatı ötüb. Gəlirlilik göstəricilərində də artımlar qeydə alınıb. Bu ilin ilk yarısında sektorun ümumi mənfəəti 80 milyon manatı keçib, aktivlərin gəlirliliyi 7 faiz, kapitalın gəlirliliyi isə 25 faiz təşkil edib”.

Sığorta sektoru üçün əsas çağırışlardan biri olan qlobal iqlim dəyişikliklərinin yeni risklərin yaranmasına səbəb olduğunu bildirən Ə.Məmmədyarov Azərbaycanın və ümumilikdə, türk dövlətlərinin coğrafiyasınım iqlim dəyişikliklərinə qarşı xüsusi həssaslığının sığorta məhsulları və xidmətlərinin adaptasiyasını zəruri etdiyini vurğulayıb: “İqlim risklərinin qiymətləndirilməsi və modelləşdirilməsi, “yaşıl sığorta” məhsullarının təşviqi, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərinin inkişafı sığorta bazarlarının əsas vəzifələrindəndir. Təkrarsığorta sahəsində əməkdaşlığın gücləndirilməsi də risklərin effektiv idarə olunmasında mühüm rol oynayır. COP29 beynəlxalq iqlim gündəliyinin ən mühüm toplantısı olaraq ölkəmizin iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal mövqeyini nümayiş etdirdi, dayanıqlı maliyyə, “yaşıl sığorta” və iqlim risklərinin idarə olunması sahələrində yeni imkanlar açdı”.

Qeyd olunub ki, Türk Dünyası Sığorta Birliyi çərçivəsində iqlim risklərinə qarşı birgə təşəbbüslərin həyata keçirilməsi iqtisadiyyatlarımızın dayanıqlılığını artırmaqla gələcək nəsillər üçün sabit inkişaf mühiti yaradacaq.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevin məclis barədə fikirlərini öyrəndik. O dedi:

– Türk Dünyası Sığorta Birliyinin I assambleyasının Şuşada keçirilməsi olduqca qürurvericidir. Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair “Proklamasiya sənədi” imzalandı. Bununla da birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr) sığorta assosiasiyaları da müşahidəçi qismində daxil oldular. Yeri gəlmişkən, “Proklamasiya sənədi” birliyin region və sığorta sektoru üçün əhəmiyyətini bir daha qabarıq şəkildə ortaya çıxardı və geniş platforma kimi özünü təsdiqləmiş oldu.

Assambleyada 2 önəmli paneldə geniş müzakirələr və qlobal sığorta sənayesi üçün müasir trendlər ətrafında işgüzar fikir mübadiləsi aparıldı.

Sonda Türk Dünyası Sığorta Birliyinin 2026-cı ildə nəzərdə tutulan assambleyasının keçiriləcəyi ölkə də bəlli oldu. Belə ki, birlik üzvlərinin yekdil qərarı ilə Türk Dünyası Sığorta Birliyinin növbəti assambleyası 2026-cı ildə Türkiyədə keçiriləcək.

Xatırladaq ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci il mayın 24-də Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının birgə təşəbbüsü ilə İstanbulda təsis edilib. Quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyaları üzv olub. Daha sonra Macarıstan, Türkmənistan və Şimali Kiprin sığorta assosiasiyaları müşahidəçi qismində qoşulublar.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri