Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Türk Dünyası yeni mərhələyə keçir: Zəngəzur dəhlizi strateji hədəfə çevrilir

Türk Dünyası yeni mərhələyə keçir: Zəngəzur dəhlizi strateji hədəfə çevrilir

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Zəngəzur dəhlizinin açılması istiqamətində birgə səylərin əhəmiyyətindən danışıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə iştirakını şərh edən K.Zorlu bildirib ki, Türkiyə və Azərbaycan liderlərinin dialoqu iki ölkənin qardaşlığının sarsılmazlıq rəmzidir.

Sitat: “Prezident Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycanı, sadəcə, dostluq deyil, möhkəm qardaşlıq əlaqələri birləşdirir. “Bir millət, iki dövlət” kəlamı xüsusi məna ilə zənginləşib. Ölkələrimiz tarixin ən kritik və mühüm məqamlarında dəfələrlə bir-birinə dəstək nümayiş etdirib. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan deyil, bütün region üçün yeni imkanlar yaradacaq. Bu marşrut təkcə geosiyasi deyil, həm də geoiqtisadi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi Türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq, həmçinin Orta Dəhliz üçün strateji stimul olacaq. Türkiyə Prezident Ərdoğanın rəhbərliyi ilə bu məqsədə çatmaq istiqamətində qətiyyətli səylərini davam etdirəcək. Zəngəzur dəhlizinin açılması üzrə atılan birgə addımlar həm Türkiyə, həm də bütün Türk dünyası üçün tarixi prosesdir”.

Bütün bunların fonunda demək olar ki, sammit çərçivəsində Türk Dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyan açıqlamalar gündəmə damğa vurdu. Həmçinin, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və burada apardığı yüksək səviyyəli təmaslar, Ankara-Bakı xəttində mövcud olan qardaşlığın, eyni zamanda Türk dövlətləri arasında birliyin daha da möhkəmləndiyini göstərdi.

K.Zorlunun da bu kontekstdə verdiyi açıqlamada qeyd olunduğu kimi Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün tarixi və geoiqtisadi inqilab xarakterli bir layihədir.

Bəs Zəngəzur dəhlizinin açılması perspektivi geosiyasi və geoiqtisadi baxımdan bölgədə hansı yeni güc balansını yarada bilər? Bu dəhlizin Türk dünyası üçün real təsirləri nələr ola bilər?

Globalinfo.az-a danışan World Panorama Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirib ki, İƏT-in Zirvə görüşündə bir çox ölkə liderləri çıxış edib və bu təşkilatın yalnız bu gün deyil, gələcək üçün də böyük əhəmiyyət daşıdığı bir daha vurğulanıb:

“Toplantıda qeyd olundu ki, təşkilat həm geosiyasi, həm iqtisadi, həm də siyasi baxımdan güclü strateji perspektivə malikdir. Eyni zamanda vurğulanmalı məsələ ondan ibarətdir ki, bu birlik həm İslam ölkələrinin, həm də türk dövlətlərinin birliyidir. Əlbəttə, toplantıda yalnız türk dövlətləri yox, digər ölkələr də iştirak edirdi. Amma türk dövlətlərinin əksəriyyəti orada təmsil olunduğu üçün demək olar ki, bu iki birlik – İslam və Türk dünyası – bir-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Türk Dünyası yeni bir layihə kimi görünsə də, əhatə etdiyi coğrafiya olduqca genişdir. Təəssüf ki, bəzən insanlar türk dünyasını yalnız Türkiyə və Azərbaycanla məhdudlaşdırırlar. Halbuki Türk Dünyası – türk dilli və türk köklü xalqların, o cümlədən keçmiş postsovet ölkələrinin, Rusiyadakı Başqırdıstan, Tatarıstan, Krım tatarları kimi bölgələrin və xalqların birliyidir. Buraya qazaxlar, türkmənlər, qırğızlar, azərbaycanlılar, İranda yaşayan türklər, oğuz türkləri və Osmanlı irsi də daxildir”.

Ramiyə Məmmədova

Politoloq qeyd edib ki, bugünkü dövrdə türk dövlətlərinin birləşməsi həm xalqların rifahı, həm də gələcək nəsillər üçün geopolitik gücün formalaşması baxımından böyük önəm daşıyır:

“Türk Dünyası layihəsi artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Bu yaxınlarda Türkiyədə AKP-nin nəzdində Türk Dünyası üzrə bir başqanlıq yaradıldı və rəhbər şəxs professor Kürşad Zorlu təyin edildi. Onun rəhbərliyi ilə bu istiqamətdə işlər daha da geniş vüsət almağa başladı və türk dövlətləri arasında əlaqələr daha da möhkəmləndi. Bu birliyin əsasını Azərbaycan və Türkiyə qoyub. Mən həmişə deyirəm ki, Azərbaycan Türk Dünyasının qəlbidir, Türkiyə isə başıdır. Bu iki ölkənin birliyi, əməkdaşlığı, Türk Dünyası layihəsinin əsasını təşkil edir. Bu gün artıq bütün dünya Türk Dünyası haqqında danışır və bu birlik həm siyasi, həm iqtisadi, həm də geosiyasi güc nümayiş etdirir. Təbii ki, bu, bəziləri üçün rəğbət, bəziləri üçün isə narahatlıq doğurur. Bu birlik insanlara öz mənsubiyyətini, mədəni və tarixi köklərini anlamaq, bu dəyərlərə sahib çıxmaq imkanı yaradır. Azərbaycan-Türkiyə tandemi bu istiqamətdə bir çox mühüm layihələr həyata keçirir. Əlbəttə, bu yolda çətinliklər də var, amma onları aradan qaldırmaq üçün ciddi işlər görülür. Türkiyədə yaradılan başqanlıq digər türk dövlətləri ilə də əlaqəli şəkildə fəaliyyət göstərir. Kürşad Zorlunun rəhbərlik etdiyi bu qurum türk dünyasının rifahı üçün layihələrə start verib və digər ölkələr də bu təşəbbüslərə dəstək verməlidir”.

Politoloq vurğulayıb ki, Zirvədə Zəngəzur dəhlizi ilə bağlı da vacib çıxışlar edilib:

“Bu dəhliz təkcə geosiyasi deyil, həm də türk dünyasının birliyi və iqtisadi inteqrasiyası baxımından çox önəmlidir. Zəngəzur dəhlizi vasitəsilə Çindən Avropaya və əks istiqamətdə yükdaşımalar mümkün olacaq. Mallar Xəzər dənizi üzərindən keçərək Türkiyə vasitəsilə daşınacaq və bu, həm regionun logistik imkanlarını genişləndirəcək, həm də dünya bazarlarına çıxış imkanlarını artıracaq.

Bu baxımdan Zəngəzur dəhlizinin açılması türk dövlətləri və region ölkələri üçün vacib və faydalı bir layihədir. Azərbaycan və Türkiyə bu istiqamətdə ciddi işlər görür. Ümid edirik ki, yaxın zamanda Ermənistan da bu prosesə konstruktiv yanaşacaq və dəhlizin açılmasına töhfə verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri