Ərdoğan: Zəngəzur dəhlizi Türk dünyası ilə əlaqələri gücləndirəcək
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Qarabağın Zəfər sevincini birlikdə necə yaşamışıqsa, Qafqazda sülh və rifah üçün də eyni qətiyyətlə çalışacağıq.
Gununesi.info xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Beynəlxalq Qafqaz Konqresi”nə ünvanladığı müraciətdə qeyd edilib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Bir millət, iki dövlət” şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiblər: “Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur”.
Türkiyə lideri Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat infrastrukturunu gücləndirəcək, Türkiyə ilə Türk dünyası arasındakı əlaqələr üçün yeni imkan yaradacaq.
“Bizim baxışımıza görə, Qafqaz sülhün daimi olduğu, qonşuların ticarət etdiyi və hər bir ölkənin ümumi rifahdan pay aldığı bir regiondur”, – Ərdoğan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Noyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















